Siyasət

Rusiya XİN: Biz əminik ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası konstruktiv yöndə keçəcək

9 İyul 2020 18:57
Baxış: 1 103

Biz əminik ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası konstruktiv yöndə keçəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, Rusiya bu təşəbbüsü dəstəkləyib:

"Qoşulmama Hərəkatının və onun sədri qismində Azərbaycanın təşəbbüsü ilə xüsusi sessiyanın çağırılması qərarı qəbul edilib və Rusiya bu təşəbbüsü dəstəkləyib. Əminik ki, xüsusi sessiya konstruktiv əsasda keçəcək və hansısa substantiv qərarın qəbul olunması ilə bitəcək. Nyu-Yorkda mürəkkəb epidemioloji vəziyyəti nəzərə alaraq xüsusi sessiya onlayn formatda keçiriləcək. Hazırda müvafiq prosedurların razılaşdırılması davam edir".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.