Siyasət
MSK katibi: “Dağlıq Qarabağda keçiriləcək "parlament seçkiləri"nin hüquqi əsası yoxdur”
21 Aprel 2010 12:38
Baxış: 216
Bunu Trend-ə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov deyib. Onun sözlərinə görə, seçkilər, adətən, legitim hakimiyyət orqanlarının formalaşdırılması üçün keçirilir: "Bu məqsədlə keçirilən seçki ədalətli, azad və demokratik olmalıdır. Müharibə, işğal, ümumiyyətlə, bu cür fors-major olan yerlərdə seçkilərin keçirilməsi beynəlxalq hüquqa ziddir"
Natiq Məmmədovun sözlərinə görə, Dağlıq Qarabağda hər hansı hüquqi əsası olan və normal fəaliyyət göstərən, qanunvericiliyin tələblərinə cavab verən, beynəlxalq standartlara uyğun, nəhayət, üzərinə qoyulan öhdəliyi yerinə yetirmək iqtidarında olan heç bir orqan mövcud deyil: "Həmin ərazi işğal altındadır, beynəlxalq təşkilatlar, dünya dövlətləri isə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu baxımdan orada keçirilən seçkilər də bizim qanunvericiliyimiz əsasında olmalıdır".
Onun fikrincə, Azərbaycan qanunvericiliyi ölkənin bütün ərazisinə şamil edilir: "Hazırkı vəziyyətdə Ermənistan tərəfindən işğal altında saxlanılan bu ərazidə Azərbaycan qanunlarının birbaşa tətbiq edilməsi mümkün deyil. Bu səbəbdən Dağlıq Qarabağda hər hansı legitim seçkilərin keçirilməsi də mümkün deyil. Bu, sadəcə olaraq, bir seçki oyunudur, işğala haqq qazandırmaq, ona qanuni don geyindirmək istəyi və cəhdindən başqa bir şey deyil".
MSK katibi düşünür ki, erməni separatçılarının bu addımı Dağlıq Qarabağın azərbaycanəsilli, eləcə də bölgəyə sonradan zorla gətirilən başqa ölkələrin vətəndaşlarını ələ salmaqdır: "Bununla bir qrup şəxs çoxluq üzərində özbaşınalığını rəsmiləşdirməyə cəhd göstərir. Oradakı insanlar, bir növ, oyuncağa çevriliblər. Separatçılar həmin insanları seçki oyunlarına cəlb edib seçki görüntüsü yaradır və bütün proses iştirakçıları çox yaxşı bilirlər ki, bu oyunun heç bir hüquqi əhəmiyyəti yoxdur. Amma təəssüf ki, hələ də davam edən bu oyun Azərbaycan torpaqlarının qanunsuz işğalının tərkib hissəsidir".
Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı erməni rejimi mayın 23-də qondarma parlament seçkiləri keçirməyə hazırlaşır. Bu məqsədlə artıq deputatlığa namizədlərin qeydiyyata alınması prosesinə start verilib.

/Trend/
DİGƏR XƏBƏRLƏR
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto/Video)
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
XƏBƏR LENTİ
-
Pol Makkartni milyarder oldu
-
Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr hündürlüyündə
-
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)