Siyasət

Bu məsələyə yalnız Azərbaycanın düşmənləri sevinə bilər, bir də Gültəkin Hacıbəyli ilə Cəmil Həsənli - VİDEO

15 İyun 2020 13:43
Baxış: 1 642

Azərbaycan xalqına düşmən kəsilənlər silsiləsindən...

Milli Şuranın qeybətxana şousu davam edir.

Azərbaycan xalqı, Azərbaycan dövləti yaxşısı ilə də, pisi ilə də bir ailədir. Yaxşısı da bizimdir, pisi də. Hamıya məlumdur ki, bu ailənin ən əsas qazanc yerlərindən biri də onun neftdən gələn gəlirləridir, hansı ki, bu qazancdan yüz minlərlə hərbçisi, mühəndisi, müəllimi, həkimi, ustası, fəhləsi və s. öz evinə maaş aparır, milyonlarla vətəndaşımız bundan bəhrələnir, təbii ki, neftin qiymətinin düşməsi, gəlirlərin azalması xalqımızın hər bir vətəndaşına ziyandır. Azərbaycan adlı bir ailənin gəlirlərinin azalmasına yalnız həmin ailənin düşmənləri sevinə bilər - ermənilər, bir də Gültəkin Hacıbəyli ilə Cəmil Həsənli.

Gültəkin Hacıbəyli: "Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin".

Cəmil Həsənli: "Bu, son hədd deyil də, yoxsa təbrik edərdim, gözləyək axıracan düşsün sonra təbrik edərəm".

Onların neftin qiymətinin düşməsinə sonsuz sevinci, qəhqəhə çəkib gülməsi onların Azərbaycan xalqına olan nifrətinin göstəricisidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.