Siyasət

Sevil Mikayılova: "Azərbaycan nümunəsi göstərdi ki, güclü dövlət, güclü idarəçilik olarsa, pandemiyaya qalib gəlmək mümkündür" - VİDEO

14 İyun 2020 13:39
Baxış: 1 245

Milli Məclisin deputatı Sevil Mikayılova AzTV-nin "Hədəf" verilişində ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması istiqamətində görülən işlərdən danışıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, S.Mikayılova bildirib ki, Azərbaycan dövləti koronavirus pandemiyasına çox ciddi reaksiya verdi və vaxtında bütün zəruri tədbirləri gördü.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdəki fəaliyyəti dünyada nümunəvi olaraq dəyərləndirilir. Azərbaycan qabaqlayıcı tədbirləri sürətlə və çevik formada həyata keçirdi.

Onun sözlərinə görə, Azərbaycan nümunəsi göstərdi ki, güclü dövlət, güclü idarəçilik olarsa, pandemiyaya qalib gəlmək mümkündür.

Sözügedən verilişin videosunu diqqətinizə çatdırırq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.