Siyasət

Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri - FOTO

1 İyun 2020 18:36
Baxış: 1 113

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 saylı Uşaq Evinin sakinlərinə, həmçinin Uşaq Psixonevroloji Mərkəzində müalicə alan və daimi yaşayan azyaşlılara hədiyyələr təqdim edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Fondunun bayram hədiyyələri müxtəlif idman qurğuları, velosipedlər, skuterlər, sürüşkənlər, geyim dəstləri, zehni inkişaf oyunları və oyuncaqlardan ibarət olub.

Qeyd edək ki, Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərini daimi diqqət mərkəzində saxlayır. Fond yeni növ koronavirus (COVID 19) pandemiyası dövründə də himayəsində olan müəssisələri zəruri tibbi ləvazimatlar, qoruyucu vasitələrlə təmin edib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.