Siyasət

"Bu azadlığı özbaşınalığa çevirmək olmaz"

1 İyun 2020 13:37
Baxış: 1 168

Sosial şəbəkələrdə azadlıq hər bir insana öz fikrini, münasibətini bildirmək imkanının verilməsi çox vacib məsələdir. Ancaq həmin sosial şəbəkələrin platformalarında elə biabırçı, təəssüf doğuran məqamlar baş verir ki, onlarla, sadəcə, barışmaq olmaz.

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri Tofiq Abbasov ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrin fəaliyyətini tənzimləməyə kömək etmək və onların məsuliyyətdən müdafiə hüququnu ləğv etmək məqsədilə imzaladığı fərmanla bağlı danışarkən deyib.

O, sosial şəbəkələrdən bəzi adamların, qrupların sui-istifadəsini yolverilməz adlandırıb:

"Bu azadlığı özbaşınalığa çevirmək olmaz. Ünsiyyət, dialoq qurmaq, polemika aparmaq - bunların hamısının özünün etik norma və qaydaları var. Dəfələrlə görmüşük ki, həmin o sosial şəbəkələrdə bəzi sui-istifadələrə varan adamlar, qruplar sosial şəbəkələrin meydanını özlərinin məkirli məqsədləri naminə istifadə edirlər, insanlara qara yaxırlar, ölkələri xalqları aşağılayırlar. Məsəl üçün, biz ermənilərin də sosial şəbəkələrdəki fəaliyyətini müşahidə edirik ki, Azərbaycanın obrazını qaraya boyamağa həmişə cəhd göstərirlər, bizim ayrı-ayrı personaları, dövlət xadimlərini, ictimai liderlərimizi saxta faktlarla tərkisilah etməyə çalışırlar, onların obrazını dağıdırlar. Burada istər adi qaydada, istərsə də rəsmi bir qaydada əgər bu platformalar sosial şəbəkələrin özlərinin resurus bazası ünsiyyətə, dioloq məfkurəsinin inkişafına, ümumiyyətlə, insanlarda yeni bir təfəkkür formalaşdırmaq niyyətini güdürsə, əlbəttə ki, burada bəzi qaydalara riayət olunmalıdır. Biz görürük ki, bəzi hallarda özbaşınalıq baş alıb gedir. Söyüş, qeyri-etik leksikadan istifadə olunur, etika senzurasından uzaq davranış variantlarını tətbiq edirlər və əlbəttə ki, bu yolverilməzdir".

Politoloq hesab edir ki, sosial şəbəkələri alaq meydanına çevirmək olmaz:

"Donald Tramp hakimiyyətə gəldiyi bir gündən Amerika, dünya mediası ilə münasbətlərində gərginlik müşahidə olunurdu və bu da ona görə idi ki, deyir "Əgər yazırsınızsa, düzünü yazın, faktlara əsaslanın". Sosial şəbəkələrə gəldikdə isə Tvitterin ən böyük istifadəçilərindən biri də elə Tramp özüdür. Burada əgər hər bir adama eyni bir imkan verilirsə ki, o, azad formada öz münasibətini ifadə etsin, onda niyə siz mənim fikirlərimi senzuraya məhkum edirsiniz və nəzərdən keçirirsiniz ki, onlar nə dərəcədə ictimaliləşməyə uyğundur, yoxsa yox? Bu, onun tək dövlət başçısı kimi yox, həm də bir vətəndaş kimi duyğularını haradasa pozdu. Ona görə də bu icazədə bir dönüş var və "236 nömrəli akt" adlı sənəd var Amerikada. Onun keşiyində duran dövlət təchizatları var. Donald Tramp özünün səlahiyyətlərindən istifadə edərək həmin aktın bəzi müddəalarına korrektələr etməyi vacib sayır. Bu, Konqresdə, əlbəttə ki, müzakirə obyektinə çevriləcək. Konqresmenlər buna nə münasibət bildirəcəklər, artıq o, ikinci məsələdir. Ancaq mən hesab edirəm ki, prinsip etibarı ilə sosial şəbəkələri alaq meydanına çevermək qəti olmaz. Əksinə, gərək insanlar anlasınlar ki, onlar orada tək deyillər onlar oradan dünyaya çıxırlar, onları hər yerdə oxuyurlar. Bir halda ki, insan özünün milli orientasiyasını dərk etmədən ağzına gələni orada yazırsa, kimlərisə təhqir edirsə, kimlərinsə haqqına girirsə, bu yolverilməzdir".

Təhməz Təkin
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.