Siyasət

Fəzail İbrahimli deputat həmkarlarına çağırış etdi: Məsuliyyətli olaq!

31 May 2020 15:53
Baxış: 1 314

Şimaldan, Cənubdan, Şərqdən və Qərbdən uzanan iti caynaqlar bizi kifayət qədər məsuliyyətli olmağa çağırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanı gözü götürməyən kifayət qədər qüvvələr var: "Belə bir məqamda bizim bir-birimizə söykənib, əl-ələ verib ən çətin vəziyyətdən çıxamaq yolu birliyimizdədir. Burada yeni seçilən deputatlar var. Təbii ki, düşüncələrində və fikirlərində səhvlərə yol verə bilərlər. Amma burada kifayət qədər təcrübəli deputatlar da var. Ona görə də müəyyən məsələlərin müzakirəsində çox diqqətli olmalıyıq. Burada deyilən hər bir söz dünya ictimaiyyətinə çatır və qarşı tərəfə bir mesajdır. Odur ki, millətimiz, dövlətimiz, sərhədimiz və hərbimiz haqqında danışanda yüz ölçüb - bir biçmək lazımdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.