Siyasət

Azərbaycan Bosniya və Herseqovinaya humanitar yardım göndərib

23 Aprel 2020 16:14
2 Şərh     Baxış: 825

Aprelin 23-də Sarayevo beynəlxalq hava limanına Azərbaycandan Bosniya və Herseqovinaya göndərilmiş humanitar yardım aparan təyyarə eniş edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın Müdafiə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, bununla Azərbaycan Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Faxrudin Radonçiçin koronavirusla mübarizədə yardım barədə çağırışına cavab verib.

F.Radonçiç Bosniya və Herseqovina vətəndaşları adından göstərilən dəstəyə görə Azərbayan hökumətinə və xalqına təşəkkür edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.