Aprelin 23-də Sarayevo beynəlxalq hava limanına Azərbaycandan Bosniya və Herseqovinaya göndərilmiş humanitar yardım aparan təyyarə eniş edəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın Müdafiə Nazirliyi bildirib.
Nazirlik qeyd edib ki, bununla Azərbaycan Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Faxrudin Radonçiçin koronavirusla mübarizədə yardım barədə çağırışına cavab verib.
F.Radonçiç Bosniya və Herseqovina vətəndaşları adından göstərilən dəstəyə görə Azərbayan hökumətinə və xalqına təşəkkür edib.
Milli.Az