Siyasət

Rusiya XİN: Koronavirusa baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir

17 Aprel 2020 17:44
Baxış: 1 393

Koronavirus epidemiyasına baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, Rusiya XİN rəhbərinin bir müddət əvvəl Azərbaycandan və Ermənistandan olan həmkarları ilə baş tutmuş telefon danışıqları zamanı nizamlanma ilə bağlı məsələ də müzakirə olunub:

"ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi tərəflərlə daim əlaqədədir. Davam edən məşvərətlərin diqqət mərkəzində koronavirus infeksiyası, onun danışıqlar prosesinə təsiri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bəzi məsələlər yer alır. Sərhəddə, təmas xəttindəki vəziyyət müzakirə olunur".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.