Şou-biznes

"Rəşad səhnənin tozunu udmaqdan xərçəng oldu"

17 Oktyabr 2025 07:35
Baxış: 889
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib.

Milli.Az xəbər verir ki, mərhum aktyorun həmkarı, Əməkdar artist Mətanət Atakişiyeva "Elgizlə izlə" verilişində onun ağciyər xərçəngindən vəfat etdiyini bildirib:

"Həyatı çox sevən biri idi. Sənət adamlarının həyatına kənardan baxanda deyirlər ki, "Necə də xoşbəxtdirlər. Nə iş görürlər ki?". Amma bu sənət elə əziyyətlidir ki. Rəşad o səhnənin tozunu udmaqdan ağciyər xərçəngi oldu. Yayda səhnədə qış paltarları geyinib tərlədi, qışda soyuqdan üşüdü. Bütün bunların nəticəsidir ki, Rəşad ağciyər xəstəsi oldu. Xalq artistiləri Amaliya Pənahova, Ramiz Novruz, Fuad Poladov da ağciyər xərçəngindən vəfat edib". (Axşam.az)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.