Ölkə

"Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən qanunla çıxarılacaq"

17 Oktyabr 2025 09:52
Baxış: 1 131
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Haqqında 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilən, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılacaq.

Milli.Az xəbər verir ki, bu barədə manset.az-a eksklüziv açıqlamasında Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev bildirib:

"Hər şey qanun çərçivəsində öz həllini tapacaq. Bir nəfər vaxtilə Şuranın üzvü olub, o da təbii ki, qanunla çıxarılacaq. Bizim ölkəmiz hal-hazırda dünya miqyasında, Cənab Prezidentin sayəsində ən önəmli yerini tutub. Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Hər bir şəxsə qanunun gücü tətbiq olunub və olunacaq. Buna hər kəs əmin ola bilər. O bir sıra təşkilatların, YAP-ın da üzvüdür. Zamanla və qanunun aliliyi çərçivəsində hər şey həllini tapacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.