Ölkə

Bakıda bu binaları qurd basıb - VİDEO

17 Oktyabr 2025 09:51
Baxış: 981
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Xətai rayonu, General Şıxlinski ünvanında binaları qurd basıb.

Milli.Az xəbər verir ki, sözügedən ünvanda yaşayan sakinlərin sözlərinə görə, binaların həyətlərində və bloklarında həşəratlar var.

İş o yerə çatıb ki, bu həşəratlar pəncərələrdən evlərə də daxil olublar. Müxtəlif qurumlara və ərazi mənzil istismar sahələrinə məlumat verilsə də, üç aydan çoxdur, nəticə ala bilmirlər.

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, sözügedən ünvandan birliyə heç bir müraciət daxil olmayıb. Əraziyə baxış keçiriləcək və mütəxəssislər tərəfindən dezinfeksiya işləri aparılacaq. O da qeyd edilib ki, problem mövsümi xarakter daşıyır.

Daha ətraflı İTV-nin videomaterialında:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.