İdman

19 yaşlı futbolçu oyun zamanı ÖLDÜ - FOTO

17 Oktyabr 2025 09:13
Baxış: 648
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qazaxıstanın Birinci Liqasında çıxış edən "Xan-Tenqri" klubunun gənc hücumçusu, 19 yaşlı Dias Tuley faciəvi şəkildə dünyasını dəyişib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, klub gənc oyunçunun ölüm xəbərini rəsmi "Instagram" səhifəsində təsdiqləyib.

Hadisə Almatıda baş tutan və "Xan-Tenqri"nin "Ekibastuz" üzərində 4:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşma zamanı baş verib. Oyun zamanı - 62-ci dəqiqədə Tuley özünü pis hiss edib və meydançada oturaraq komanda yoldaşından ayaqlarını uzatmağa kömək istəyib. Qısa müddət sonra onun vəziyyəti kəskin şəkildə pisləşib və futbolçu xərəkdə meydançadan çıxarılıb. Təəssüf ki, tibbi müdaxilələrə baxmayaraq, gənc idmançının həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Dias Tuley "Kayrat" klubunun gənclər akademiyasının yetirməsi olub və 2024/25 mövsümündə "Xan-Tenqri" komandasında çıxış etməyə başlayıb.

Klub rəhbərliyi və azarkeşlər gənc futbolçunun itkisinə görə dərin hüzn ifadə ediblər.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.