Siyasət

"Azərbaycan-Rusiya əlaqələri bütün sahələrdə strateji tərəfdaşlıq xarakteri daşıyır"

5 Aprel 2020 12:56
Baxış: 1 410

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümü ilə əlaqədar TASS agentliyinə müsahibə verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, səfir Azərbaycan ilə Rusiya arasında əlaqələrin yeni səviyyəyə qalxdığını, bütün sahələrdə strateji əməkdaşlıq xarakteri daşıdığını bildirib. O, Azərbaycan ilə Rusiya arasında münasibətlərin iki ölkə liderlərinin qarşılıqlı etimadına və dostluq əlaqələrinə əsaslandığını vurğulayıb. P.Bülbüloğlu ötən il Prezident İlham Əliyevin "Valday" Klubunun 16-cı illik plenar iclasındakı tarixi çıxışını, Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya yüksək səviyyəli rəsmi səfərini xatırladıb.

Diplomat siyasi, iqtisadi, humanitar sahələrdə qarşılıqlı əlaqələrimizin inkişaf dinamikası barədə məlumat verib. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun üzvü kimi Rusiyaya ümidlər bəslədiyini diqqətə çatdırıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.