Siyasət

Azərbaycanda yeni qanun layihələri hazırlanacaq

19 Mart 2020 13:34
Baxış: 1 484

Azərbaycanda bir sıra yeni qanun layihələrinin hazırlanması nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Mədəniyyət komitəsinin iclasında müzakirə edilib.

Bildirilib ki, qarşıdakı dövrdə "Kinematoqrafiya haqqında", "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında", "Yazılı abidələr haqqında", "Kabel şəbəkəsi yayımı haqqında" vacib qanun layihələrinin hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, yuxarıda qeyd olunan qanun layihələri ilə bağlı müxtəlif vaxtlarda təkliflər irəli sürülüb, fikirlər səsləndirilib, hətta qanun layihələrinin hazırlandığı bildirilib. Lakin qanun layihələri müzakirələrə təqdim edilməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.