Siyasət

MSK DSK-nın qərarını qüvvədə saxladı

22 Fevral 2020 17:12
Baxış: 1 466

MSK-nın bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 30 saylı Suraxanı seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK üzvü İlham Məmmədov bildirib ki, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları öz təsdiqini tapmayıb. O, dairə seçki komissiyasının qərarının qüvvədə saxlamasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.