Siyasət

Hərbi hissələrdə səsvermə prosesi digər seçki məntəqələrindən fərqlənmir - Məzahir Pənahov

21 Fevral 2020 18:11
Baxış: 1 650

Hərbi hissələrdə səsvermə prosesi də digər seçki məntəqələrində olduğu kimidir, Seçki Məcəlləsi heç bir məntəqəni fərqləndirmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Azərbaycanda hərbi hissələrdə səsvermə açıq və şəffaf şəkildə keçir: "Bu məsələdə dünyanın heç yerində Azərbaycan qədər açıqlıq yoxdur. Seçicilərin səsini tənzimləmək üçün hər hansı hüquq norması yoxdur. Hərbi hissələrlə bağlı müxtəlif şikayətçilər öz narahatçılığını ifadə edir, ancaq burada bizim edə biləcəyimiz heç nə yoxdur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.