Siyasət

11 məntəqə ləğv edildi, nəticə belə oldu

20 Fevral 2020 23:02
2 Şərh     Baxış: 3 767

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 11 məntəqəsi ləğv edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu məqamda sözügedən dairədə məntəqələrin ləğvi nəticəsində lider namizəd İmamverdi İsmayılovun  səsində baş verən fərq belədir.

Bugünkü iclasa qədər 6800 səslə lider olan İmamverdi İsmayılov 11 məntəqənin ləğvi nəticəsində 1031 səs itirib. O, ən çox səsi 37 (250 səs) və 38 (350 səs) saylı məntəqələrdə itirib. Ümumilikdə 1031 səs itirməsinə baxmayaraq, İ.İsmayılov yenə əlçatmaz olub. Məntəqələrin ləğvindən sonra 5769 səsi olan İsmayılov liderliyini qorumağı bacarıb.

Onun ən yaxın izləyicisi digər namizəd Kərimov Faiqdir. İndiyədək 2447 səsi olan F.Kərimovun məntəqələrin ləğvindən sonra hesabından 570 səs silinib. O, ən çox səsi ləğv olunan 10 saylı məntəqədə itirib (112 səs).

Müəyyən olub ki, 11 məntəqənin ləğvindən sonra rəqiblər arasında 3892 səslik fərq yaranıb. Bu fərq məntəqələr ləğv olunmamışa qədər 4343 səsdən ibarət idi.

Qeyd edək ki, dairənin ən çox səs toplayan üçüncü namizədi Anar Əsədlidir. O, məntəqələrin ləğvinədək 1893 səs toplayıb. 11 məntəqədə nəticələr etibarsız sayıldıqdan sonra isə 294 səs itirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.