Siyasət

Bütün seçki məntəqələri səsvermə üçün tam hazır vəziyyətə gətirilib

8 Fevral 2020 15:24
Baxış: 1 072

Bütün seçki məntəqələri səsvermə üçün tam hazır vəziyyətə gətirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün seçkilərə həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, seçkilər elan edildikdən sonra MSK tərəfindən lazımi tədbirlər görülüb.

M.Pənahov bildirib ki, MSK və dairə seçki komissiyaları bütün addımları Seçki Məcəlləsinin tələblərinə uyğun atıb.

MSK sədrinin sözlərinə görə, parlament seçkiləri 5573 daimi seçki məntəqəsində baş tutacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.