Siyasət

Balakəndə avtomobil yolunun tikintisinə 17,6 milyon manat ayrılıb

5 Fevral 2020 17:24
Baxış: 815

Prezident İlham Əliyev Balakən rayonunun Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi (155 km)-Qullar-Tülü-Talalar-Şərif-Acılıqbinə-Qaysa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, otuz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi (155 km)-Qullar-Tülü-Talalar-Şərif-Acılıqbinə-Qaysa avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 17,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory