"Human Rights Watch"un əsl məqsədi Azərbaycan ərazilərinin işğal müddətini uzatmaqdır - Ekspert
"Human Rights Watch" təşkilatı növbəti dəfə öz "ənənəsinə" sadiqlik nümayiş etdirərək, heç bir əsas olmadan Azərbaycanla bağlı qərəz nümayiş etdirib. Əslində, burada heç bir yenilik yoxdur və bu təşkilat öz rəflərində toz basmış anti-Azərbaycan xarakterli sənədini yenidən ictimailəşdirməklə, köhnə ampluasından çıxış edərək ölkəmizə qarşı hazırlanmış qərəzli kampaniyanın flaqmanı rolunda özünü bir daha təsdiq etdi.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev qurumun bu günlərdə açıqlanan hesabatını şərh edərkən deyib.
Onun sözlərinə görə, bu təşkilatın qərəzli hesabatlar yaymaqda əsl məqsədi Azərbaycana qarşı təzyiqləri artırmaq, Ermənistana himayədarlıq etmək və Azərbaycan ərazilərinin işğal müddətini uzatmaqdır:
"Söz yox ki, bu kimi qərəzli hesabatlar müəyyən qaranlıq dairələrdən, həmçinin erməni lobbisi tərəfindən verilən sifarişdir. Əgər "Human Rights Watch" təşkilatının əsas məqsədi insan hüquqlarını qorumaq olsaydı, bu qurum Azərbaycan ərazilərinin uzun müddət ərzində işğalda saxlanılmasına son qoyulması və yüz minlərlə insanın hüquqlarının bərpası istiqamətində addımlar atardı. Bu qurum nədənsə, bu günə qədər Ermənistan parlamentində baş vermiş terror olayını, bu ölkədə kobudcasına, qətliamlarla nəticələnən pozuntuları, insan hüquq və azadlıqlarının pozulmasını, iqtisadi böhranın getdikcə güclənməsini bir dəfə də olsun dilə gətirməyib. Nəyə görə? Məsələ bəllidir - bu qurum bilavasitə erməni lobbisi və himayədarlarının vassalı olaraq fəaliyyət göstərir".
Ekspertin sözlərinə görə, hadisələrin təhlili həm də onu göstərir ki, beynəlxalq aləmdə aparılan anti-Azərbaycan kampaniyası sistemli xarakter daşıyır, bir mərkəzdən idarə edilir, "Human Rights Watch" təşkilatının bəyanatı da bu kampaniyanın tərkib hissəsi kimi nəzərdə tutulub və bu kampaniya parlament seçkiləri ərəfəsində beynəlxalq aləmdə Azərbaycanın mənfi imicinin formalaşdırılması üçün əsas vasitələrdən biri kimi istifadə edilməkdədir:
"Biz, elə də uzağa getməyərək, daha bir faktı xatırlaya bilərik. Misal üçün, "Human Rights Watch" bir neçə il əvvəl 100 milyonluq layihə ilə eynicinslilərin evlənməsinin təbliği ilə məşğul olub və bu gün Ermənistanda həmin layihə çərçivəsində iş aparır. Bu zaman daha bir sual yaranır ki, bütün bəşəri qanunlara zidd olan, eyni zamanda insanlığın, mənəvi dəyərlərin məhv olunmasına yönəlmiş layihələr icra edən bir təşkilatın ümumiyyətlə insan hüquqlarından danışmağa hansı mənəvi haqqı ola bilər?! İşğalçı Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımları bir kənara qoyub, sərsəm hesabatlar, bəyanatlar yayan bu təşkilat barədə necə ciddi düşünmək olar?! Hesab edirəm ki, bu kimi qərəzli kampaniyalar heç vaxt onların istədikləri nəticələri verməyəcək və böhtançı fəaliyyətləri ifşa ediləcək!"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi





