Siyasət

Növbədənkənar parlament seçkilərində “exit-poll” üçün MSK-ya müraciət müddəti sabah başa çatır

18 Yanvar 2020 08:58
Baxış: 770

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar "exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi prosesi sabah başa çatır.

Milli.Az bildirir ki, "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları"nın 2.1-ci bəndinə əsasən, "exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbulu səsvermə gününə ən azı 20 gün qalanadək başa çatmalıdır.

Fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2020-ci il yanvarın 20-dək başa çatır.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə 2020-ci il yanvarın 30-dək qərar qəbul etməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.