Vasili Papava: "Azərbaycanla Gürcüstan arasında sıx əməkdaşlıq qurulub"
Ötən illər ərzində Azərbaycanla Gürcüstan arasında müxtəlif sahələrdə - iqtisadiyyat, biznes, turizm, siyasət sahələrində sıx əməkdaşlıq qurulub.
Milli.Az xəbər verir ki, bunu Trend-ə gürcüstanlı politoloq Vasili Papava deyib.
O bildirib ki, bu əməkdaşlığın nəticəsi enerji və nəqliyyat sahələrində irimiqyaslı strateji layihələrin reallaşdırılması olub:
"İnfrastruktur layihələrin inkişafı Bakı və Tbilisinin siyasətinin formalaşmasında vacib rol oynayır. Hər iki ölkə üçün bu infrastrukturun inkişafı xüsusilə vacibdir, çünki bu, onlara müəyyən strateji üstünlük verir".
Politoloq qeyd edib ki, Gürcüstanla Azərbaycan arasında azad ticarət rejimi mövcuddur:
"Gürcüstan regionda yeganə dövlətdir ki, həm Avropa İttifaqı, həm də Çinlə azad ticarət sazişinə malikdir. Bu, Bakı və Tbilisiyə yeni ixrac bazarlarının tədqiq olunması və ticarət əməkdaşlığının genişləndirilməsi üçün resursları birləşdirməyə imkan yaradır".
Ekspert, həmçinin turizm sahəsinə də toxunub. Onun sözlərinə görə, turizm sahəsində tərəflər birgə proqramlar reallaşdırır:
"2019-cu ilin oktyabrında Gürcüstan Turizmin İnkişafı Milli Bürosu və Azərbaycan Turizm Şurasının dəstəyi ilə Tbilisidə "Azerbaijan Travel" mərkəzi açılıb".
Ekspert bildirib ki, son illər ərzində Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq səviyyəsi konkret proqram və layihələrlə möhkəmlənmiş strateji tərəfdaşlıq nöqtəsinə çatıb:
"İki ölkə arasında sıx hərbi əməkdaşlığın olmamasına baxmayaraq, Bakı və Tbilisi təhlükəsizlik sahəsində fəal işləyir, birgə hərbi təlimlər keçirir və bu təlimlərdə Türkiyə də iştirak edir. Bunun nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq möhkəmlənir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)





