Siyasət

458 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

6 Yanvar 2020 16:46
Baxış: 1 152

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2296 namizəd müraciət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahovun sözlərinə görə, 463 nəfər 19 siyasi partiya, 17 nəfər təşəbbüs qrupları tərəfindən, 1816 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: "Onlardan 2146 nəfərinin namizədliyi artıq təsdiq olunub, 2017 nəfəri isə artıq imza vərəqələrini alıb. 774 nəfər imza vərəqələrini qaytarıb. 458 nəfərin namizədliyi qeydə alınıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.