Siyasət

XİN: Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçıları müzakirələr aparacaqlar

22 Dekabr 2019 15:46
Baxış: 943

Bu ilin 23 dekabr tarixində Tbilisi şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görüş zamanı Xarici İşlər nazirləri üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan müxtəlif məsələlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə müzakirələr aparacaqlar.

Görüş çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarovun həmkarları ilə ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.