Siyasət

Aİ: Biz hər zaman öz bilik və təcrübələrimizi təklif edirik

28 Noyabr 2019 13:03
0 Şərh     Baxış: 1 189

"Şərq tərəfdaşlığı"na daxil olmaq problemi bu məsələni həll edən ölkənin qavrama müstəvisində yerləşir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Polşa nümayəndə heyətinin üzvü Kirill Kosajevski Vişeqrad qrupu ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa zamanı deyib.

Onun sözlərinə görə, müxtəlif ölkələr "Şərq tərəfdaşlığı"na fərqli ambisiya və maraqlarla daxil olur.

K.Kosajevski bildirib ki, bununla belə, Avropa İttifaqı öz bilik və təcrübələrini təklif edir:

"Şərq tərəfdaşlığı"nın hər bir üzvü tərəfdaşlıqdan çıxa bilər və buna heç kim mane olmayacaq. Biz öz tərəfimizdən bilik və təcrübə təklif edirik, qalan məsələlər ölkələrin seçimidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.