Siyasət

Nalbandyan: «Ermənistan Türkiyə ilə münasibətlərə görə Qarabağ məsələsində güzəştə getməyəcək»

14 Aprel 2010 17:28
Baxış: 212
Milli.Az tert.am saytına istinadən xəbər verir ki, o, səfər zamanı Türkiyə ilə münasibətlərin normallaşdırılması, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparıldığını söyləyib. "Məlum oldu ki, bizim Ankara ilə münasibətlərin normallaşdırılması məsələsində qiymətləndirməmiz düzgündür. Lazım gəldikdə prezidentlər bu məsələləri ictimaiyyətə açıqlayacaq", - deyə Nalbandyan bildirib.

Dağlıq Qarabağ münaqişəsinə gəlincə, erməni nazir bildirib ki, Türkiyə tərəfi keçirilən görüşlər zamanı bu məsələnin müzakirəsinə cəhd göstərib. "Biz isə əvvəlki mövqeyimizdə qaldıq. Qarabağ probleminin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına aidiyyatı yoxdur. Biz bu məsələni Ankara ilə müzakirə etməyə ehtiyac görmürük. Birincisi, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ola bilməz. İkincisi, Ermənistan Türkiyə ilə münasibətlərə görə, Qarabağ problemində güzəştə getməyəcək", - deyə E.Nalbandyan bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.