Əli Həsənov: "Milli birliyi, həmrəyliyi Azərbaycanın alternativsiz reallığı kimi dəyərləndiririk"
1993-cü ildən Azərbaycanda milli birlik - vətəndaş həmrəyliyi siyasəti yürüdülür.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, siyasi partiyalar cəmiyyətin institutlarıdır: "Azərbaycan iqtidarı ilə cəmiyyətin digər təmsilçiləri - qeyri-hökumət təşkilatları, media və siyasi partiya nümayəndələrinin ünsiyyəti bütün dövrlərdə aktual olub. Biz milli birliyi, həmrəyliyi Azərbaycanın alternativsiz reallığı kimi dəyərləndiririk. Bunun alternativini görmürük. Dialoqun əksi qarşıdurma və qeyri-qanuni mübarizədir. Biz dialoqu yüksək dəyərləndiririk, istənilən halda Azərbaycan cəmiyyəti üçün dialoq həmişə aktualdır. Dünən də Bakıda belə bir tədbir keçirilib. Düşünürəm ki, siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları bu istiqamətdə fəaliyyətlərini məhdudlaşdırmayacaqlar. Gələcəkdə həm daxili, həm də xarici siyasətlə bağlı dialoq masasında müzakirələr aparıla bilər".
Siyasi fəaliyyətini söyüş üzərində quran bəzi insanların fəaliyyətinə münasibət bildrən Ə.Həsənov vurğulayıb ki, söyüş və təhqirdən istifadə edənlərə müxalifət demək olmaz: "İnsanlar var ki, Azərbaycanı müxtəlif səbəblərə görə tərk edib, xarici ölkədə özünə bir vasitə ilə sığınacaq tapıblar. Təəssüflər olsun ki, onlar anti-Azərbaycan dairələrinin əlində alətə çevriliblər. Anti-Azərbaycan dairələrinin maliyyələşməsində erməni fondları da iştirak edir. Xarici ölkələrdə onlardan Azərbaycana qarşı çirkin formada istifadə edirlər. Bu, Azərbaycan millətinin adına ləkədir. Düşünürəm ki, onlar nə vaxtsa Azərbaycan xalqına məxsus dəyər nümayiş etdirərək bu yoldan çəkinəcəklər. Bu yoldan çəkilməyənlərə nə etmək olar, bu onların seçimidir. Əgər onlar xaricdə iaşə obyektlərində bu davranışları özlərinə həyat kredosu, fəaliyyət nümunəsi seçiblərsə, qoy fəaliyyətlərini davam etdirsinlər. Əlbəttə ki, sağlam düşüncəli Azərbaycan vətəndaşları onlara nifrət edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar





