ABŞ və Rusiyadan qarşılıqlı ittihamlar - BMT Təhlükəsizlik Şurasının iclasında
1987-ci ildə ABŞ və SSRİ arasında imzalanmış Orta və qısa mənzilli raketlərin ləğv olunması haqqında Müqavilə silahlanmanın və yeni təhlükəli silahların hazırlanması qarşısında çox az maneələrdən biri idi və "soyuq müharibə"nin başa çatmasında mühüm rol oynayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri təşkilatın Təhlükəsizlik Şurasının Çin və Rusiyanın tələbi ilə çağırılan iclasında BMT-nin silahlanmaya qarşı Ali nümayəndəsi İsumi Nakamitsu səsləndirib.
Ali nümayəndə qeyd edib ki, həmin müqavilənin ləğvi heç kimin qarısını ala bilməyəcəyi yeni silahlanmanın və raket texnologiyalarının daha geniş yayılmasının katalizatoru rolunu oynaya bilməz. O, BMT baş katibinin adından bütün dövlətləri dünyadakı onsuz da kövrək olan vəziyyətin gərginləşməsi üzrə addımlardan çəkinməyə və mümkün qədər tez bir zamanda silahlanma üzərində yeni beynəlxalq nəzarətin mexanizmlərini axtarmağa çağırıb. Nakamitsu vurğulayıb ki, Raket texnologiyaları üzərində nəzarət mexanizmi və ballistik raketlərin yayılmasının qarşısının alınması üzrə Haaqa məcəlləsi indiki vəziyyətdə kifayət etmir.
BMT TŞ-nin iclasında Rusiya və ABŞ-ın təşkilatın yanında daimi nümayəndələri qarşılıqlı ittihamlar səsləndiriblər. Rusiya nümayəndəsi Dmitri Polyanski Avropa ölkələrinə müraciətlə deyib ki, onlar ABŞ-ın raket texnologiyalarını öz ərazilərində yerləşdirməyə imkan verməməlidir. O, Birləşmiş Ştatların silahlanmanın yeni mərhələsi ilə bağlı hərəkətlərinə adekvat cavab verəcəklərini də bildirib.
ABŞ-ın BMT yanında daimi nümayəndəsinin vəzifəsini icra edən Conatan Koen isə bəyan edib ki, Rusiya uzun illər ərzində Orta və qısa mənzilli raketlərin ləğv olunması haqqında Müqavilənin şərtlərini pozub, raket qurğularını inkişaf etdirib və sınaqdan keçirib. O, buna misal olaraq 9M729 raket sistemini göstərib və əlavə edib ki, Moskva bu silahlarla təchiz olunmuş batalyonlar da yaradıb. Amerikalı diplomat qeyd edib ki, Rusiya bununla bağlı Vaşinqtonun müraciətlərinə məhəl qoymayıb və ABŞ müqavilədən çıxmağa məcbur olub. O, həmçinin Rusiya və Çinin Amerikada qanadlı raketlərin sınaqları ilə bağlı etirazlarını da rədd edib və bildirib ki, Birləşmiş Ştatların bu addımı özünün və müttəfiqlərinin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi ilə bağlıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - (Foto)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)





