"Azərbaycanın mədəni irsinə bağlılığı beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilir"
UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması Azərbaycan mədəniyyətinin növbəti böyük uğuru və qələbəsidir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Sahibə Qafarova deyib.
S.Qafarova bildirib ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi heç də təsadüfi deyil:
"Azərbaycan son illər ərzində UNESCO ilə bağlı böyük işlər görüb. Bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünya mədəniyyətinə verdiyi dəyərdir. Bütün dünyada bilinir ki, Azərbaycan mədəniyyətə böyük qiymət verir. Təbii ki, burada Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xöşməramlı səfiri Mehriban xanım Əliyevanın çox böyük əməyi var. Mehriban xanımın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlərin nəticəsidir ki, Azərbaycan mədəniyyətinin inciləri zaman-zaman UNESCO-nun Dünya İrs Siyahısına daxil olur. Şəki şəhəri İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı oldu. Eyni zamanda, indiyə qədər "Azərbaycanın xalçası" sənəti, muğam sənəti, aşıq sənəti və Novruz bayramı da UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib".
Deputat vurğulayıb ki, Şəki Azərbaycan mədəniyyətinin mühüm bir hissəsidir: "Təsadüfi deyil ki, Azərbaycana gələn çoxsaylı turistlərin yolu mütləq Şəkiyə də düşür. Xan Sarayı, Karvansaray və digər tarixi məkanlar Azərbaycan mədəniyyətinin gözəl incilərindəndir. Eyni zamanda, Şəki xanlığı Azərbaycan tarixində, ölkəmizin mədəni tarixinin formalaşmasında mühüm bir yer tutur. Mən deyərdim ki, Şəkinin tarixi mərkəzi Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir. Belə bir tarixi mərkəzin Dünya İrs Siyahısına salınması UNESCO və təşkilata üzv dövlətlər tərəfindən Azərbaycana göstərilən hörmətin, ölkəmizə verilən dəyərin bariz nümunəsidir. Azərbaycanın mədəni irsin qorunması istiqamətində gördüyü bu işlər və eyni zamanda, mədəni irsinə bağlılığı beynəlxalq aləm tərəfindən də yüksək qiymətləndirilir".
S.Qafarova əlavə edib ki, Azərbaycan mədəniyyəti bu yolla dünyada tanınır, təbliğ olunur: "Bu hadisə dünyanın mədəni-turizm xəritəsində Azərbaycanın mövqeyini xeyli gücləndirəcək. Bu baxımdan Şəki Xan sarayının və Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına daxil edilməsi Azərbaycanın UNESCO ilə bağlı fəaliyyətində növbəti böyük qələbəsidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)





