Deputat: Heydər Əliyev xilaskar missiyasını şərəflə yerinə yetirdi
15 iyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətinin dünya xəritəsindən silinməsinin qarşısının alınması günü kimi tarixə düşüb.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, 90-cı illərin əvvəllərində Azərbaycanın üzərini qara buludlar almışdı, ölkə tamamilə yer üzündən silinmə təhlükəsi ilə üzləşmişdi:
"AXC-Müsavat cütlüyünün səriştəsizliyi, cinayətkar qruplaşmanın ölkəyə rəhbərlik etməsi, bəzilərinin böyük dövlətlərin xüsusi xidmət orqanlarına çalışması dövlətçilik sütunlarını sarsıtmışdı. Onlar Azərbaycanı yer üzündən silməyə istiqamət götürmüşdülər. "Böyük Ermənistan" xülyası ilə yaşayan Ermənistan rəhbərliyi Azərbaycan torpaqlarını kəndlərini, rayonlarını işğal edirdilər.
AXC-Müsavat cütlüyünün cinayətkar qruplaşması ölkəni tamamilə iflic duruma salmışdı, iqtisadiyyat məhv olmuşdu, dövlət büdcəsinin vəsaitləri mənimsənilirdi, insanlar sabaha ümidini itirmişdi. Hər bir kənddə, rayonda kriminal qruplar vardı. Beləliklə, ölkədə vətəndaş müharibəsi başlayırdı. Belə olan halda, xalqın ümid yeri yalnız dahi şəxsiyyət Heydər Əliyev idi. Azərbaycan xalqının təkidli tələbi ilə ulu öndər Bakıya döndü. AXC-Müsavat rəhbərliyi Heydər Əliyevə yalvarırdı ki, Bakıya gəlsin, ölkəni xilas etsin. Bildiyiniz kimi, Heydər Əliyev o zaman blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri idi. O, təzyiqlərə baxmayaraq, Naxçıvanın bir qarış torpağını belə erməni cinayətkarlarına vermədi. Xatırlayırsınızsa, ulu öndər Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfrasını keçirərək, xilaskar missiyasını şərəflə yerinə yetirdi".
C.Osmaov vurğulayıb ki, Heydər Əliyev Bakıya döndükdən sonra ilk növbədə qardaş qarşıdurmasının qarşısını aldı: "Bu, çox riskli idi, hətta xəbərdarlıqlar da olmuşdu. O, Bakıya gələndə yüz minlərlə insan onu gül-çiçəklə, coşqu ilə qarşıladı. Daha sonra Heydər Əliyev Ali Sovetin sədri seçildi. Ulu öndərin hakimiyyətə qayıdışı ilə əmin-amanlıq, sabitlik yarandı, atəşkəs elan olundu. Ən əsas məsələlərdən biri də "Əsrin müqaviləsi"nin imzalanması idi. Bundan sonra iqtisadiyyatın inkişafı başladı, ölkənin irəliyə aparılması istiqamətində bir sıra işlər görüldü. Azərbaycan xalqı hər zaman 15 İyunu Milli Qurtuluş Günü kimi qeyd edəcək. 2003-cü ildən ölkəyə rəhbərlik edən, Heydər Əliyev siyasi kursunun davamçısı cənab Prezident İlham Əliyev Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatdırıb. Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasəti ölkəyə uğur qazandırıb. Onun rəhbərliyi ilə ölkəni inkişafa aparan Heydər Əliyev siyasəti bundan sonra da davam etdiriləcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir





