"Dəvəyə lağ edib dedilər ki, boynun əyridir. Gülüb dedi ki, haram düzdür ki, boynumun əyriliyinə lağ edirsiz? Hər yerim əyridir. İndi Ermənistanın Baş naziri Nikol Paşinyan da dəvə qismindədir. Onun hər yeri əyridir, bircə düz işi yoxdur".
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Fəzail İbrahimli bildirib.
Bakıdan Paşinyana rəsmi cavab - Ermənistanın rəhbərliyi odla oynamaqda davam edir
Ermənistan Azərbaycana müharibə ELAN ETDİ - FOTO
F.İbrahimli qeyd edib ki, əgər Ermənistan rəhbərliyi ağılsız addım atsa, bunun bədəlini ağır ödəyəcək: "Bir vətəndaş, bir azərbaycanlı, bir insan kimi tam səmimi deyirəm, onun sözlərini səmimi qəbul etmirəm. Adam onun haqqında danışarkən belə xəcalət çəkir. Məsəl var ki, ağıllı fikirləşənə qədər dəli vurub min çayı keçir. Paşinyan da həmin o çayı keçənlərdəndir. Amma indi Azərbaycana da bir əsas lazımdır. Görünür bu da tanrının bir qismətidir ki, Paşinyan indi hər hansı beynəlxalq hüquq normalarını pozan ağılsız addım atsa, cavabını yüz faiz alacaq. Özü də çox ağır duruma düşəcək".
"Ermənistanın bu yanaşması savaşı qaçılmaz edir" - Vəziyyət getdikcə gərginləşir
Sentyabrın 12-də Bakıda ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə bildirib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə "Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalıdır" tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Prezident İlham Əliyev: "Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır" - FOTO
Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.
ATƏT-in Baş katibi Tomas Qreminger isə jurnalistlərə açıqlamasında deyib ki, vasitəçilər münaqişənin nizamlanması üçün səy göstərirlər: "Bununla belə, münaqişə tərəflərinin siyasi iradəsi olmalıdır ki, problemin həlli istiqamətində irəliləyiş əldə olunsun".
İlkin İzzət
Milli.Az