"Ermənistanın bu yanaşması savaşı qaçılmaz edir" - Vəziyyət getdikcə gərginləşir
"Ermənistanın Baş naziri Nikol Paşinyana xəbərdarlıq edilməlidir ki, onun tutduğu mövqe qətiyyən Ermənistanın öz öhdəsinə götürdüyü beynəlxalq öhdəliyə uyğun gəlmir.
Prezident İlham Əliyevin ATƏT-in Baş katibi Tomas Qremingerlə görüşdə vurğuladığı kimi, ilk növbədə ATƏT-in sədri, eləcə də, vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Ermənistanın yeni rəhbərliyinə xəbərdarlıq etməlidirlər ki, onlar üzərlərinə düşən beynəlxalq öhdəliyə əməl etsinlər.
Eyni zamanda, cənab prezident qeyd etdi ki, sonra bununla bağlı atılacaq hər hansı bir addımın məsuliyyəti Ermənistanın və onun rəhbərliyinin üzərinə düşəcək".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, əməkdar jurnalist Sahib Alıyev bildirib.

Məqsədlərinə çata bilməyən Paşinyandan "ört-basdır" taktikası - Özü qorxur, amma qorxudur
Millət vəkili Azərbaycana məsləhət verənlərə xitabən ritorik görünsə də, bəzi məntiqli suallar da səsləndirib: "Bizə problemin sülh yolu ilə həllini tapmalı olduğunu məsləhət görənlər reallığı da nəzərə almalıdırlar. Problem necə sülh yolu ilə həllini tapa bilər ki, işğalçı dövlətin yeni rəhbərliyi açıq şəkildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsindən və formatın dəyişdirilməsindən danışır?! Axı bu Minsk prosesi çərçivəsində müəyyənləşdirilmiş və hər iki tərəfin razılığı ilə meydana gəlmiş bir formatdır. Belə olan halda problemin sülh yolu ilə həllindən hansı söhbət gedə bilər?! Və Azərbaycan nə qədər gözləməlidir?! Azərbaycana bu məsləhəti verənlər özləri bu qədər gözləyə bilərdilərmi?"

Ermənistanın Rusiyadan uzaqlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərəcək - Sabiq nazir
Fikrimcə, doğrudan da bu məsələdə az-çox obyektiv mövqe tutmaq bir yana, regionda yeni gərginlik ocağının yaranmasını istəmirsə, Minsk qrupunun başqa bir həmsədri - Fransa prezidenti Emmanuel Makron Ermənistan rəhbərliyi ilə görüşdə bunu onlara çatdırmalıdır. Paşinyan başa salınmalıdır ki, həmsədr dövlətlərin özünün də son bəyanatlarında bildirildiyi kimi, tezliklə substantiv danışıqlara başlamaq lazımdır. Belə davakar bəyanatlar isə yolverilməzdir!"

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan son olaraq sentyabrın 7-də Rusiyaya səfəri zamanı ""Dağlıq Qarabağ respublikası" gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır" və "Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir" kimi bəyanatlar verib, Moskvaya yola düşməzdən əvvəl isə Ermənistanın və bütün erməni xalqının Azərbaycana əks-zərbə vurmağa hazır olduğunu və bu məsələdə heç bir güzəştə gedilməyəcəyini bildirib.
Prezident İlham Əliyev: "Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır" - FOTO
Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.
ATƏT-in Baş katibi Tomas Qreminger isə jurnalistlərə açıqlamasında deyib ki, vasitəçilər münaqişənin nizamlanması üçün səy göstərirlər: "Bununla belə, münaqişə tərəflərinin siyasi iradəsi olmalıdır ki, problemin həlli istiqamətində irəliləyiş əldə olunsun".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib - (Foto)
-
Əli Əsədov yeni qərar imzaladı
-
İlham Əliyev "FIFA U-15 World Cup"ın Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb
-
Prezident onu İstanbula yeni baş konsul təyin etdi
-
Azərbaycanın Qars şəhərindəki baş konsulu vəzifəsindən geri çağırılıb
-
Azərbaycanın İstanbuldakı baş konsulu geri çağırılıb
XƏBƏR LENTİ
-
Rusiyada toyda dəhşət: Bəyi ürəyindən vurdular
-
Masallıda faciə: Çaya tullanan gənc yaralanıb öldü
-
Bayılda meyit tapıldı
-
Naxçıvanda yeni nazir müavini təyin olundu
-
Kirayədən çıxarıldığı üçün 12 milyona ev aldı
-
"Amay"ın qarşısında kişinin başına daş düşdü
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib - (Foto)
-
Şəmsi Səmədzadə azadlığa buraxıldı
-
Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar
-
Rumıniya Moskvadakı səfirini geri çağırıb
-
Sosial şəbəkələrdə yayılan görüntülərə TƏBİB cavab verdi
-
Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır
-
"Toplum TV" işi üzrə hökm oxundu
-
Keçmiş məcburi köçkünə 1 otaqlı mənzil verilib? - Rəsmi açıqlama
-
Azərbaycanda 2 mindən çox əlilliyi olan şəxs işlə təmin edilib
-
51 yaşlı "50 Cent" uzun zaman sonra görüntüləndi - (Video)
-
55 rayon və şəhəri əhatə edən yoxlama başa çatdı
-
7 uşaqlı ananın inəyi üçün göz yaşları hamını kövrəltdi - (Video)
-
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
-
Can Tomay narkotikə görə saxlanıldı
-
MEDİA İranın qərarına reaksiya verdi
-
Maykl Olize 12 milyonluq mülk aldı
-
Bakıda güclü külək binanın damını uçurdu - (Video)
-
Hövsanda dənizdə 4 nəfər batdı - 3-ü xilas edildi, 1-i öldü





