Ermənistanın Rusiyadan uzaqlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərəcək - Sabiq nazir
"Rusiyanın Azərbaycana marağı artır".
"Rusiya ilə Ermənistan arasında olan əlaqələrin zəifləməsi təbii tarixi prosesdir. Çünki Ermənistanın ümumiyyətlə dövlət olaraq yaradılması və orada ermənilərin yerləşdirilməsi vaxtilə Rusiya imperiyasının genişlənməsi siyasəti çərçivəsində həyata keçirilmişdi. Bu baxımdan bəzən bəyanatlar da səslənirdi ki, Ermənistan Rusiya forpostudur. İndi isə əksinə olaraq Rusiya öz sərhədləri daxilində problemlərini həll etmək istəyir. Ona görə də, indi Rusiya öz siyasətini daha rasional şəkildə qurmağa başlayıb. Təbii ki, bu uzaqlaşma davam edəcək. Belə ki, hazırda Ermənistanı himayə etməsi və dəstəkləməsi üçün Rusiyanın lehinə olan siyasi, iqtisadi və hərbi amil yoxdur. Sentyabrın 1-də Azərbaycan prezidenti cənab İlham Əliyevin Rusiyaya rəsmi səfər etməsi və bundan bir həftə sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri də məhz bu siyasi tendensiya çərçivəsində baş verir".

Bunu Milli.Az-a açıqlamasında sabiq xarici işlər naziri, səfir Tofiq Zülfüqarov bildirib.
Diplomatın sözlərinə görə, regionda cərəyan edən proseslər Ermənistanı Rusiya üçün əhəmiyyətsiz edir: "İndi Rusiyanın Qərblə münasibətləri böhran vəziyyətindədir. Hətta ölkəyə qarşı sanksiyalar qəbul olunur və s. Bu bölgədə isə Rusiyanın əsas tərəfdaşları kimi Türkiyə və İran çıxış edir, bu ölkələrlə əlaqələr gücləndirilir. Bu baxımdan yanaşsaq, Ermənistan rolu getdikcə daha da zəifləyəcək. Çünki Rusiya Türkiyə və İranla tranzit layihələri həyata keçirir. Bunun üçün əməkdaşlıq əhval-ruhiyyəsi lazımdır. Münasibətlərin bu cür inkişafı Ermənistan amilini gündəmdən sıxışdırıb çıxarır. Təbii ki, buna əks olan hadisələr və bəyanatlar da olacaq. Amma ümumi proses bu istiqamətdə cərəyan edir".

Onun fikrincə, Ermənistan-Rusiya əlaqələrinin zəifləməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir edəcək: "Bu, ümumi prosesin ayrılmaz tərkib hissəsidir. Hamımız başa düşürük ki, Ermənistanın bu işğalçılıq siyasəti Rusiyanın dəstəyi olmadan həyata keçirilə və davam etdirilə bilməz. İndi də Ermənistan Rusiyanın bu "təhlükəsizlik çətiri"ndən istifadə edərək münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda qeyri-konstruktuv mövqe nümayiş etdirir. Yəni bu potensial olmasa, Ermənistan təbii ki, məcbur olacaq ki, danışıqlarda, ümumiyyətlə konfliktdə real mövqelərdən çıxış etsin. Hesab edirəm ki, bu tarixi uzaqlaşma prosesi birbaşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir göstərəcək.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
XƏBƏR LENTİ
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
-
“Aşk-ı Memnu”nun məşhur aktrisası xərçəngə tutuldu
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
Diplomatik korpusun nümayəndələri Füzuliyə çatıblar - (Video/Foto/Yenilənib)
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
-
Avtobus dayanacağında infarkt keçirən şəxsi həyata belə qaytardı - (Video)
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb
-
Qazaxıstanın “Eurovision 2027” müraciəti rədd edildi
-
Şərurda yanğın - 9 baş heyvan tələf olub
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər





