Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın yeni səhifəsi açılır
Bu günədək Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq xatarkteri daşıyırdı. İndi də elədir. Amma Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya sentyabrın 1-də gerçəkləşən rəsmi səfərindən və səfər çərçivəsində dövlətlər arasında xüsusilə bir sıra istiqamətləri, mühüm sahələri əhatə edən sənədlərin ikitərəfli imzalanmasından sonra bu münasibətləri daha da intensivləşdirir, yaxınlaşdırır. Demək olar ki, hazırda Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın yeni səhifəsi açılır, ona yeni nəfəs verilir.

Bu barədə Milli.Az-a açıqlamasında tanınmış politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxov Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiyaya rəsmi səfərinin nəticələrinin şərh edərkən bildirib.

Politoloqun fikrincə, bu, özlüyündə çox mühüm amildir: "Çünki, demək olar ki, bütün sahələrdə ikitərəfli münasibətlər inkişaf edib. İqtisadiyyat, ticarət dövriyyəsi, humanitar, xüsusilə hərbi-texniki sahələrdə bu əlaqələr ən yüksək səviyyədədir. Artıq sirr deyil və bunu dövlət başçımız da açıq şəkildə dedi ki, Azərbaycan Rusiyadan ən müasir hərbi-texnika və silahlar alır və bunu davam etdirmək niyyətindədir. Eyni zamanda, iki ölkə arasında turizm sahəsində də saziş imalanıb. Bu, çox mühüm sahədir. Sazişlərin imzalandığı sahələr üzrə, onsuz da, münasibətlərdə inkişaf vardı, lakin 16 adda sənədin imzalanmasından sonra həm münasibətlərin hüquqi bazası genişlənir, həm bir sıra məqamlara daha ciddi diqqət yetirilir. Bütün bunlar iki ölkə arasında münasibətləri daha sıx şəkildə inkişafa vadar edəcək".
.jpg)
Professorun qənaətincə, iki ölkə arasında münasibətlərin bu səviyyəyə yüksəlməsində dövlət başçılarının xüsusi rolu var: "Əgər dövlət başçıları, rəsmilər arasında münasibətlər normal səviyyədə deyilsə, dövlətlər arasında münasibətlər inkişaf edə bilməz. Azərbaycan Prezidenti İlham Əliyev və Ruisya Prezidenti Vladimir Putin arasında münasibətlər isə uzun illər ərzində bir-birinə yüksək səviyyədə qarşılıqlı hörmət əsasında, ümumən müsbət fonda inkişaf edir. Onlar bir-birini çox rahat anlaya bilirlər, bir sıra məsələlərdə mövqeləri üst-üstə düşür. Bundan başqa Azərbaycan Prezidentinin də nüfuzu Rusiyada kifayət qədər yüksəkdir. Onlar yaxşı başa düşür ki, dövlət başçımızın siyasi prioritetləri, xarici siyasət sahəsində atdığı addımları həm Azərbaycanın milli maraqlarına, həm də ikitərəfli münasibətlərdəki strateji maraqlara cavab verir. Bizə bölgədə sülh, stabillik lazımdır. Bu istiqamətdə hər iki dövlət başçısının münasibətləri böyük təkanverici və mühüm amildir".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
-
“Aşk-ı Memnu”nun məşhur aktrisası xərçəngə tutuldu
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
-
Avtobus dayanacağında infarkt keçirən şəxsi həyata belə qaytardı - (Video)
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb





