Hadisə

Şəkidə mikroavtobus ağaca çırpıldı - Sürücü xəsarət aldı

30 Oktyabr 2025 17:52
Baxış: 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəkidə sərnişin daşıyan mikroavtobus ağaca çırpılıb, xəsarət alan var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şəki-Baş Zəyzid avtomobil yolunun Orta Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini 35 yaşlı Famil Məmmədovun idarə etdiyi "Mersedes" markalı sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb.

Əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Sürücü xilas edilərək həkim briqadasına təhvil verilib və Şəki xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəza zamanı mikroavtobusda sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.