Cəmiyyət

Azərbaycanda ilk qadın taksi sürücüləri işə başlayıblar

30 Oktyabr 2025 17:22
Baxış: 503
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu günə qədər taksi sürücüsü olmaq istəyən 169 qadın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək müvafiq imtahanları uğurla keçib və şəhadətnamə əldə edib.

Milli.Az xəbər verir ki, hazırda həmin qadın sürücülərdən 111-i taksi sürücüsü kimi fəaliyyət göstərir.

Müraciət edənlərdən 8 nəfəri 20-30 yaşarası, 78 nəfəri 30-50 yaşarası, 25 nəfəri isə 50 yaşdan yuxarı xanımlardır. Taksi fəaliyyəti ilə məşğul olan ən gənc xanım sürücünün 23, ən yaşlısının isə 71 yaşı var. Yaxın zamanda ilk qadın avtobus sürücüləri sükanın arxasına keçəcəklər. İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə təşkil olunan təlimlərdə xanımlar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki hazırlıqları tamamlayıblar. 

Asya Hüseyn
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.