"Monitor şiri" dövrü bitdi - Təhqir etməzdən əvvəl bunları bilməlisiniz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələri bəziləri əyləncə, bəziləri ünsiyyət üçün, digər qismi isə pis məqsədlər üçün istifadə edirlər. Təhqir etmək, insanları alçaltmaq kimi hərəkətlər edənlər də az deyil. Bu hala məruz qalanlar ən çox bloqerlərdir.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı bloqer Nərmin Vəliyeva bildirib ki, insanlar çox vaxt bloqerlərin parlaq həyatının yalnız kadr arxasını görürlər:
"Amma bu belə deyil. Təbii ki bunun da çətinlikləri var. Bu çətinliklərdən biri də insanların yazdığı şərhlərdir. Amma bu da işimizin bir parçasıdır. Bəzi durumlarda həmin şəxslər araşdırılıb tapılır".
Bəs qanunla bu hallar necə tənzimlənir?
Məsələ ilə bağlı hüquqşünas Mircavid Miryev bildirir ki, insan ləyaqətini alçaltmaq məsuliyyət yaradır. Həmin şəxslər heç vaxt tapıla bilməyəcəklərini düşünürlər:
"Cinayət Məcəlləsinin 148.1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatlarında saxta profil adları və ya hesabları açmaqla bundan istifadə etməklə digər şəxsləri təhqir etmək cinayət məsuliyyətinə səbəb olur. Böhtan isə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində böhtan və təhqirin tərifi verilib. Bütün bu hallar baş verərsə, həmin şəxslər bilməlidirlər ki, sosial şəbəkə üzərindən təhqir etdikləri, böhtan atdıqları hallarda onlar məsuliyyətə cəlb ediləcəklər".
Hüquqşünas qeyd edir ki, həmin əməlin dərəcəsindən asılı olaraq həmin şəxsləri pul cəriməsi və həbs cəzası gözləyir.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
-
Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
-
Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq
-
Maaşımızı istədiyimiz bankdan ala biləcəyik - Tarix açıqlandı
-
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
XƏBƏR LENTİ
-
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
-
Rusiyaya qarşı 1569 sanksiya: Brüsselin böyük səhvi üzə çıxdı
-
Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
-
Salyanda məktəbə “Molotov kokteyli” atıldı
-
Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq
-
Bəzi həkimlərə xüsusi rütbələr veriləcək
-
Oktyabrın son gününə olan hava proqnozu açıqlanıb
-
Hacı Nazim: "1 həftə idi nişanım olmuşdu, atamı toya yola saldıq, pilləkandan yıxılıb öldü" - (Video)
-
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
Zaur Rzayevin oğlu: "Bu, atamın vəsiyyətidir, hörmətlə yanaşın"
-
Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
Azərbaycanda yeni qurum yaradılır
-
Maaşımızı istədiyimiz bankdan ala biləcəyik - Tarix açıqlandı
-
Küləkli havada çalışanlara şad xəbər
-
Azərbaycanda məktəb direktoru xadimənin attestatını 500 manata satdı
-
"Milan" və "İnter"in yeni stadionunun adı bəlli oldu - (Foto)
-
Vüqar Əhmədov Mikayıl Cabbarovun müşaviri oldu
-
Zaur Rzayevin dəfn yeri açıqlandı
-
Mərkəzi Banka yeni səlahiyyət verilir
-
Elgiz Əkbər: “Heç sərçə də atmadılar” - (Video)
-
Bakının 5 ərazisində yeni dəmir yolu stansiyaları tikiləcək
-
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib
-
Salahın qarşısına daha bir Salah çıxdı
-
İran bunu etsə, “kiberqiyamət” olacaq





