Hadisə

Beyləqanda ağır qəza - 4 nəfər xəsarət aldı - YENİLƏNİB - FOTO

30 Oktyabr 2025 20:41
Baxış: 405
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Oktyabrın 30-da saat 16:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 4 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən Milli.Az-a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub: "1981-ci il və 1997-ci il təvəllüdlü şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri kafidir".

-----------
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza rayonun Daşburun qəsəbəsi ərazisində  olub.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "KİA" markalı maşınla toqquşub.

Nəticədə avtomobildə olan 4 nəfər - 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.