Paşinyan "qırmızı xətti" keçdi - Ona "aprel dərsi" verməyin vaxtı gəlib çatıb
"Ermənistanın Baş naziri Nikol Paşinyan uzun müddət Dağlıq Qarabağ mövzusunda danışmaqdan çəkinib. Həm Ermənistan, həm dünya onun bu məsələdə hazırlıqsız olduğu və hər hansı bir həll variantının olmadığını bilir və görürdü. İndi isə Paşinyanın Ermənistanın sabiq dövlət başçıları Robert Koçaryan və Serj Sarqsyandan da sərt danışmasının bir məqsədi var. Ermənistanı qarşıda növbədənkənar parlament seçkiləri gözləyir. Paşinyan bilir ki, onun mövcud elektoratı parlamentdə əsas səs çoxluğu almaq üçün azlıq edir. Bu baxımdan indi o, radikal erməni siyasətçilərini öz tərəfinə çəkməyə çalışır. Amma onun bu addımı çox uğursuzdur".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin yeni başçısının məsuliyyətsiz bəyanatları Azərbaycanı ən radikal addımları atmağa məcbur edir: "Paşinyan bundan başqa sosial siyasətdə bir sıra uğursuzluqlarla üzləşib. Cəmiyyətə verdiyi vədlərə baxmayaraq, hələ də ortada fəaliyyətinin müsbət bir nəticəsi yoxdur. Rusiya ilə münasibətlərin kəskinləşməsi isə Rusiyanın əlini Ermənistanın üzərindən çəkməsinə gətirib çıxara bilər. Bu baxımdan Paşinyan bu gün böyük bir vurnuxmadadır. O, bir-birinə zidd bəyanatlar verir və əslində Ermənistanın vəziyyətini daha da pisləşdirir. Paşinyanın Moskvada diaspor təşkilatlarının nümayəndələri ilə görüşünün məqsədi də onların iqtisadi və siyasi dəstəyinə nail olmaqdan ibarətdir. Lakin iş burasındadır ki, Rusiya erməniləri Rusiya hakimiyyətinə sıx bağlıdırlar və heç bir halda antirusiya siyasəti yeridən paşinyana dəstək verməyəcəklər. Həmçinin, onun qımızı xətti keçməsi və işğal etdiyi Azərbaycan ərazilərini Ermənistanın bir hissəsi elan etməsi Ermənistanın beynəlxalq aləmdə də çox pis vəziyyətdə qoyur və Azərbaycanı ən radikal addımları atmağa məcbur edir.
Təbii ki, Paşinyanın bu bəyanatı Azərbaycan tərəfindən cavabsız qalmayacaq. Birincisi, Azərbaycan itirilmiş ərazilərini qaytarmaq hüququna malikdir, ikincisi, bütün göstəricilərinə görə Ermənistandan üstündür. Ermənistanın yeni rəhbərinin məsuliyyətsiz bəyanatları Ermənistanın vəziyyətini daha da pisləşdirəcək. Dağlıq Qarabağ məsələsində əvvəlki rəhbərlər uğursuzluğa düçar olduğu kimi, Paşinyanı da böyük uğursuzluq gözləyir".


Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 7-də Rusiyaya səfəri zamanı "Dağlıq Qarabağ respublikası gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır" və "Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir" kimi bəyanatlar verib, Moskvaya yola düşməzdən əvvəl isə Ermənistanın və bütün erməni xalqının Azərbaycana əks-zərbə vurmağa hazır olduğunu və bu məsələdə heç bir güzəştə gedilməyəcəyini bildirib.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
XƏBƏR LENTİ
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
-
“Aşk-ı Memnu”nun məşhur aktrisası xərçəngə tutuldu
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
Diplomatik korpusun nümayəndələri Füzuliyə çatıblar - (Video/Foto/Yenilənib)
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
-
Avtobus dayanacağında infarkt keçirən şəxsi həyata belə qaytardı - (Video)
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb
-
Qazaxıstanın “Eurovision 2027” müraciəti rədd edildi
-
Şərurda yanğın - 9 baş heyvan tələf olub
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər





