Məqsədlərinə çata bilməyən Paşinyandan "ört-basdır" taktikası - Özü qorxur, amma qorxudur
"Sentyabrın 7-də Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı verdiyi açıqlamalar bir daha göstərdi ki, o, natamam siyasətçidir və hələ də ciddi siyasətçi olmaqdan uzaqdır".
Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.


Millət vəkilinin qənaətincə, Paşinyan bu açıqlamalarında da qeyri-ciddi idi, çünki Paşinyan Baş nazirdən daha çox adi vətəndaş kimi danışıb: "O, qeyd edib ki, "mənim təsəvvürümə görə, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi olmalıdır". Əlbəttə, bu cür fikirlər Baş nazir üçün qeyri-ciddi xarakter daşıyır, çünki xüsusilə də başqa bir ölkədə səfərdə olan hökumət başçısı bəyanatlarını dövlət adından verməlidir. Göründüyü kimi, Paşinyan burada öz adından çıxış etməklə bir daha siyasi diletant olduğunu nümayiş etdirdi. Paşinyan Rusiya səfərinin uğursuzluğunu ört-basdır etmək üçün Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini də gündəmə gətirdi. Bu məsələni yenidən gündəmə gətirmək onun Ermənistanın rəsmi siyasətinin keçmişindən xəbərdar olmamasının və gələcək siyasi perspektivləri aydın görə bilməməsinin göstəricisidir".
Paşinyan Moskvada sərsəm bəyanat verdi: Qarabağ Ermənistanın tərkib hissəsidir...

Qeyd edək ki, Ermənistanın baş naziri nikol Paşinyan sentyabrın 7-də Rusiyaya səfəri zamanı "Dağlıq Qarabağ respublikası gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır" və "Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir" kimi bəyanatlar verib, Moskvaya yola düşməzdən əvvəl isə Ermənistanın və bütün erməni xalqının Azərbaycana əks-zərbə vurmağa hazır olduğunu və bu məsələdə heç bir güzəştə gedilməyəcəyini bildirib.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
XƏBƏR LENTİ
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
-
“Aşk-ı Memnu”nun məşhur aktrisası xərçəngə tutuldu
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
Diplomatik korpusun nümayəndələri Füzuliyə çatıblar - (Video/Foto/Yenilənib)
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
-
Avtobus dayanacağında infarkt keçirən şəxsi həyata belə qaytardı - (Video)
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb
-
Qazaxıstanın “Eurovision 2027” müraciəti rədd edildi
-
Şərurda yanğın - 9 baş heyvan tələf olub
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər





