Müharibənin bir addımlığında - Paşinyan təhlükə ilə oynayır
Ermənistanda kütləvi etiraz dalğası üzərində hakimiyyətə gələn Nikol Paşinyan yeni hökumətini, demək olar ki, artıq formalaşdırıb. Lakin formalaşmış bu hökumətə də münasibət birmənalı deyil. Bundan əlavə, baş verənlərin fonunda Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdikləri bəyanatları regionda vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər.

Hadisələrin gedişini Milli.Az-a vəziyyəti şərh edən "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri, beynəlxalq məsələlər üzrə tanınmış ekspert İlqar Vəlizadə bir sıra maraqlı tezislər irəli sürüb:

Əvvəla, onun fikrincə, Ermənistandakı yeni hökumət, əslində, köhnə hökumətin yeni formasıdır: "Baş nazir Nikol Paşinyanın son qərarlarından biri David Tonoyanın müdafiə naziri təyin olunmasıdır. Tonoyan isə sabiq müdafiə naziri Vigen Sarqsyanın komandasının üzvüdür. O, vaxtilə müdafiə nazirinin müavini olub. Vigen Sarqsyan isə sabiq prezident və baş nazir Serj Sarqsyanın ən yaxın adamlarından biri idi, yəni belə adamın Müdafiə Nazirliyinə rəhbər təyin olunması o deməkdir ki, Paşinyanın öz səriştəli kadrları yoxdur və yetəri qədər deyillər. Ona görə də köhnə iqtidarın bəzi kadrlarını saxlamağa məcburdur.
Bundan başqa, Paşinyan hələ Baş nazir olmazdan öncə bildirmişdi ki, köhnə komandaya əl dəyməyəcək. Yəni onlara qarşı hansısa repressiv proseslər olmayacaq. Ola bilər ki, nə vaxtsa həmin proseslər başlasın, amma indiki ərəfədə belə bir şey gözlənilmir. Bu, o deməkdir ki, yeni hökumət köhnə komandanın gücünü dərk edərək onlarla birbaşa konfliktə girmək istəmir. Düzdür, onları hakimiyyətdən kənarlaşdırıblar, amma yenə də Ermənistandakı müəssisələrin böyük bir qismi, yerlərdəki orqanların rəhbərləri yeni komandanın nəzarəti altında olan, lakin hələ də köhnə komandaya bağlı insanlardır. Onların da aqibətinin necə olacağı hələ bilinmir.

Bundan başqa parlamentdəki yerlərin böyük əksəriyyəti köhnə iqtidarın əlindədir. Hələ ki, növbədənkənar parlament seçkiləri də elan olunmayıb. Ona görə də yeni hökumət köhnə parlamentlə işləməyə məcbur olacaq. Parlamentdəki əksəriyyət isə yalnız Sarqsyanın komandası ilə işləyəcək. Bu baxımdan parlamentdə danışıqlar aparıb ortaq məxrəcə gəlmək üçün hansısa işbirliyi təşkil etməlidirlər.
Ümumilikdə, görünən odur ki, "inqilab" bitib, amma inqilabi proseslərin həyata keçirildiyi görünmür. Bir-iki nəfəri işdən çıxarmaqla, kimisə hədələməklə, gur sözlər səsləndirməklə iş bitmir".

İşğal altındakı Dağlıq Qarabağa gəlincə, politoloq hesab edir ki, orada yaradılan qondarma rejimi yenə də Serj Sarqsyanın adamları idarə edəcək: "Orda hakimiyyət, hələ ki, başda Bako Saakyan olmaqla köhnə komandanın adamlarının əlindədir. B.Saakyan və onun ətrafındakıların hamısı isə Serj Sarqsyanın adamları, "Qarabağ klanı" ilə sıx təmasda olanlar, Ermənistandakı siyasi piramidanı təşkil edənlərdir. Ona görə də Paşinyan bu komanda ilə mütləq hansısa danışıqlara getməli, onların havadarları ilə həm idarəetmə, həm də Qarabağla bağlı məsələlərdə oyun qaydalarını müəyyənləşdirməli olacaq. Havadarlar isə Serj Sarqsyan və onun yaxın ətrafıdır. Vəziyyətin mürəkkəbliyi də bundan doğur.
Bundan əlavə, işğal altındakı Dağlıq Qarabağın özündə də Ermənistandakı proseslərin davamı olaraq müəyyən hadisələr baş verə və Saakyana müxalif qruplar baş qaldıra bilər. Təbii ki, Saakyan bunu istəmir. Ona görə də ola bilər ki, orada siyasi sabitliyə nail olmaq üçün Paşinyanla müəyyən danışıqlar getsin".

O ki qaldı münaqişənin həlli ilə bağlı Azərbaycanla Ermənistan arasında aparılan danışıqlara, İ.Vəlizadənin qənaətində burada nəinki irəliləyiş gözləməyə dəyməz, hətta vəziyyət ciddi şəkildə gərginləşə bilər: "Birmənalı olaraq demək lazımdır ki, hər halda yaxın aylarda danışıqlar prosesində heç bir irəliləyiş olmayacaq. Çünki Ermənistanın indiki hakimiyyəti çox maksimalist tələblərlə çıxış edir. Azərbaycanla bu tonda danışmaq düzgün deyil. Artıq bunu təcrübə də sübut edib. Sarqsyanı yenə birtəhər yola gətirmişdik və o, heç olmasa son vaxtlar bu cür bəyanatlarla çıxış eləmirdi. Amma Paşinyan danışıqlar prosesinə bələd olan adam deyil. Ona görə də meydan ritorikasını danışıqlar prosesində tətbiq etmək istəyir. Bu isə mümkün olan şey deyil. Ona görə də ola bilər ki, danışıqlar prosesində hətta geriləmə müşahidə olunsun. Hər halda Paşinyanın son bəyanatları bundan xəbər verir. Onun fikrincə, Dağlıq Qarabağdakı rejim tərəf olaraq danışıqlar prosesinə qatılmalıdır. Paşinyan hətta "miatsum" dövrünün şüarlarını da səsləndirir. Onun sözlərinə görə, Dağlıq Qarabağ müstəqil olandan sonra Ermənistanla birləşməsi məsələsinə də baxıla bilər. Bu isə ötən əsrin 80-ci illərin sonu, 90-cı illərinin əvvəlinə xas ritorikadır. Paşinyanın bunu yenidən gündəmə gətirməklə nə demək və ya nə etmək istədiyi bəlli deyil.

Bütün hallarda proseslər onu göstərir ki, biz artıq nikbinliyə yol verməməliyik və daha çox münaqişə zonasında, cəbhə xəttində bütün vasitələrlələ ən xırda təxribatların belə qarşısını almağa çalışmalıyıq. Belə vəziyyətlərdə xırda təxribatların sayının artması qaçılmazdır. Yəni indiki halda cəbhədə vəziyyət nisbətən də olsa, gərginləşə bilər. Çünki Ermənistanda hakimiyyətdə olan qruplar çalışacaqlar ki, cəbhədəki vəziyyətdən daxili məsələləri çözmək üçün öz xeyrinə istifadə etsinlər. Onlar üçün hal-hazırda ən vacib məsələ hakimiyyətdir".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama
-
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
-
CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik - MEDİA
-
Milli Məclisin komissiyası "CNN"dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib
-
Parisin ikiüzlü "demokratiyası": Seba faciəsi və Mirzəli şousu
-
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
XƏBƏR LENTİ
-
Rusiyanın bu hava limanı BAĞLANDI
-
Qızıl və gümüş ucuzlaşdı
-
Mərhum əməkdar artistin nəvəsinin TOYU OLDU
-
Türkiyədə sel FƏLAKƏTİ : Ölən və yaralananlar var
-
Bu BÜRCLƏR xüsusi şans qazanacaqlar
-
Türkiyə hesabda geri düşdüyü matçda qalib gəldi
-
"Oğlumun başı üçün deyil nəsə deyə, mənim çörəyimi YEYİR" - VİDEO
-
Çin ordusu bu ölkədə xüsusi əməliyyata BAŞLADI
-
Bu gün 2 ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək
-
Tanınmış musiqiçinin 7 yaşlı oğlu faciəvi şəkildə ÖLDÜ - FOTOlar
-
Braziliya millisi qalib gəldi
-
Bu işçilərlə bağlı yenilik bu gündən qüvvəyə mindi
-
Azərbaycan gimnastları Dünya kubokunda finala yüksəliblər - FOTO
-
Hazır yuxadan asan lahmacun resepti
-
Bəzi sümüklər niyə digərlərindən daha sürətlə çürüyür?
-
"Mənə dedi ki, gəl, səhnədə öl"
-
Azərbaycanlı tanınmış fotoqrafların toy qiymətləri dodaq "UÇUQLATDI": 11.500 manat...
-
Fiziki məhdudiyyətli satıcı görün tərəzidə necə ALDADIR: 3500 cərimə olundu - VİDEO
-
Əgər yemək tavaya yapışırsa, BUNU EDİN
-
Hansı şəxslərə kolbasa-sosis OLMAZ?
-
İnsanlar 150 ilə qədər yaşaya biləcəklər
-
Xalq artistinin oğluna yüksək vəzifə verildi
-
Sergey Lavrov istefa verib? - Rəsmi açıqlama
-
Azərbaycanda klub 1 milyon manata satışa çıxarıldı





