Siyasət

Vaşinqtonda Orduxan-Saakyan şousu: saxta fiqurlar tanınmaq istəyir

12 Mart 2018 13:06
Baxış: 3 322

Dağlıq Qarabağdakı separatçıların lideri Bako Saakyan martın 14-də ABŞ Konqroesində çıxış etmək və üstəlik də medal almaq niyyətindədir.

Bununla bağlı anonslar və elanlar iki ay əvvəl İrəvanda, Xankəndidə və eyni zamanda müxtəlif ölkələrdəki erməni diasporunun təşkilatlarında səslənməyə başlanmışdı.

Erməni separatçıların lideri okeanın o tayına, ABŞ-ın paytaxtına, Kapitoli təpəsinə yollanmaqla qondarma "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" qismində güya amerikalı senatorlar və konqresmenlərlə görüşmək, olmayan dövlətin marionet rəhbəri olmadığını göstərmək, "prezident" qismində ABŞ-0da belə "tanındığını" nümayiş etdirməkdir.

Saakyanın "çıxışı və mükafatlandırma mərasimi"nin bəyan olunduğu təki, rəsmi Vaşinqtonun dəstəklədiyi tədbir olmadığını yayılmış dəvət elanları və bəyanlar da göstərir.

Həmin elanlarda konqresmenlərlə senatorlar mərasimlə nahara dəvət olunurlar.

Son məlumatlara görə, həmin tədbirə ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatındakı ciddi, nüfuzlu siyasətçilər qatılmaq niyyətində deyillər.

Nüfuzlu "Modern Diplomacy"də Ejen İladi də olayla bağlı "Olmayan ölkənin rəhbəri Kapitolidə saxta mükafat alacaq" ("Figurehead of Fake Country to Get Fake Award at U.S. Capitol/") başlıqlı məqalə dərc etdirib.

Yazıda deyilir: "Olmayan, qondarma "ölkə"nin rəhbəri olduğunu iddia edən, "prezident" olduğunu söyləyən Bako Saakyan çərşənbə günü Kapitolidə tədbir keçirmək niyyətindədir. Tədbirdə o çıxış edəcək və hansısa naməlum mükafatı alacaq. Paylanan, göndərilən dəvətnamələrdə bu tədbir "Konqresdə qəbul" adlansa da, iştirakçıların siyahısında Konqres üzvləri yoxdur. Bako Saakyanın "prezident" olduğu "Dağlıq Qarabağ Respublikası"nı dünyanın heç bir ölkəsi tanımayıb. Birləşmiş Millətlər Təşkilatından tutmuş, bütün beynəlxalq təşkilatlar hesab edirlər ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və Ermənistan tərəfdən işğal olunub. Ermənistan da "Dağlıq Qarabağ Respublikası"nın mövcudluğunun qanuniliyini sübut edə blmədiyindən faktların yoxulmasına və yanlış interpretasiyasına əl atır.

Eynən yalanı uzun müddət təkrarlamaqla onu gerçək kimi təqdim edəcəyinə inanan uşaq və ya siyasətçi kimi. Ermənistan düşünür ki, əgər "Arsax milləti" barədə fiksiyaları, yalanları yayarsa, sonucda bu, fakt olacaq. Çərşənbə günü Bako Saakyanın da Kapitolidə peyda olması da düynanın ən nüfuzlu qanunverici strukturu olan ABŞ Konqresinin obrazından yararlanaraq bu fiksiyanı ciddiləşdirmək cəhdidir. Dağlıq Qarabağ Respublikası" uydurma, qondarma "ölkə"dir, amma oradakı ermənilərin lideri Bako Saakyan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında əsl əngəldir".

Ejen İladi hesab edir ki, internet sayəsində bizlər istənilən aktyorların həqiqətə uyğun saxta (feyk) xəbərlər yarada biləcəyi dövrdə yaşayırıq. Belə xəbərlər dünyada sürətlə yayılır və real sonuclar verə bilər. Ölkələrin və hökumətlərin belə feyk xəbərlər axınının qarşısını almaq üçün nə edə biləcəkləri konkret bəlli deyil.

Lakin onların edə biləcəkləri ilk iş belə pis akytorların legitimlik və demokratiyanın simvollarına girişinə mane olmaqdır.

"Birləşmiş Ştatlardakı erməni lobbisinin nüfuzundan asılı olmayaraq ABŞ Konqresi feyk siyasətçilərə Konqresdə saxta tədbirlər keçirməyə imkan verməməlidir", - Ejen İladi yazıb.

Maraqlıdır ki, qarabağlı erməni separatçıların lideri Bako Saakyanın Vaşinqtonda keçirməyi şou ilə eyni gündə, az qala eyni saatda Azərbaycanın ABŞ-dakı səfirliyinin binası önündə "etiraz aksiyası"nın keçirilməsi nəzərdə tutulub.

Həmin aksiyanın nominal "təşkilatçı"sı Orduxan Bəbirovdur. Məhz o, Facebook-dakı səhifəsində bu aksiyanı aktiv təbliğ edir, "vicdanlı və dəyanətli insanları tədbirə qatılmağa" çağırır.

Bako Saakyanın dəvətnaməsi ilə Orduxan Bəbirovun paylaşdığı mini-posterlər təkidin forması və yazı stilistikası baxımından bənzəyirlər.

Orduxan Bəbirov özünü "müxalifət fəalı, aktiv bloqer" sayır, Bako Saakyan da hamını inandırmağa çalışır ki, "prezident"dir.

Bu iki personaj siyasətdə feyk olduqlarının fərqinə varmasalar da, isteriya həddinə çatdırdıqları emosionallıqları və kiminləsə, haradasa "mübarizə" aparmaları baxımından eyni müstəvidə olan fiqurlardır.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.