Rusiya Müdafiə Nazirliyindən Ermənistana zərbə - Faşist ideologiyası ilə yaşayırlar - FOTO - VİDEO
Noyabrın 19-da Rusiya Müdafiə Nazirliyinin rəsmi media orqanı olan "Zvezda" ("Звездa") telekanalının "Proqnozı" ("Прогнозы"; tərcümədə "Proqnozlar"-red.) proqramının müəllifi və aparıcısı Veronika Kraşeninnikova Ermənistanın mövcud iqtidarını sərt tənqid edib və onların faşist idelologiyası ilə yaşadığını ifşa edib.

O, rəsmi İrəvanın bir neçə gün sonra Avropa Birliyi ilə genişləndirilmiş tərəfdaşlıq haqqında sazişi imzalamaq istəyini Ukraynanın siyasi kursu ilə müqayisə edib.

Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü, Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqi olan Ermənistanın indi də Avropa Birliyinə üzv olmağa hazırlaşdığını vurğulayan müəllif daha sonra bu ölkənin iqtidarının faşizmi dəstəklədiyini deyib:

"Ukrayna kimi Ermənistan da Avropa Birliyi ilə siyasi dialoqa girir, onlar bunu belə adlandırır. Sitat gətirirəm: "Bu dialoq xarici siyasətdə və təhlükəsizlik məsələlərində əməkdaşlığın səmərəliyini artıracaq".
AB ilə assosiasiya Ermənistanın Ukraynanın eynisini etdiyi yeganə şey deyil. Buna inanmaq çətindir, amma İrəvan da faşizmin qulluqçularını qəhrəmanlaşdırır. Belə ki, 2016-cı ilin may ayında İrəvanda Qaregin Njdeyə (Arakel Ter-Arutunyan (1886-1955) -red.) abidə ucaldıldı. Bu, ermənilərin "Bandera"sıdır (Stepan Bandera (1909-1959) Ukraynanın milliyyətçi siyasətçisi olub - red.). Njde 1942-ci ilə III Reyxə Sovet Ermənistanının Almaniyanın koloniyasına çevrilməsi xahişi ilə müraciət edib. Məhz o "SS"in erməni legionunu yaradıb və erməni hərbi əsirləri arasında "Kim Almiaya uğrunda ölürsə, Ermənistan uğrunda ölür", - deyə təbliğat aparıb. Bu abidə Böyük Vətən Müharibəsi illərində cəbhədə mərdliklə vuruşan erməni xalqının xatirəsinə böyük təhqirdir. 106 erməni Sovet İttifaqı Qəhrəmanı olub. Lakin Njde onun nasional-konservatizm ideologiyas; ilə hakim Respublika Partiyasının qəhrəmanıdır".

Sonra V.Kraşeninnikova Ermənistanın Respublika Partiyasının loqotipini nümunə göstərib. Onun sözlərinə görə, bu loqotip II Reyxin simvoluna bənzəyir: "Bu yaxınlarda mən Ermənistanın Respublika Partiyasının rəhbərliyi ilə görüşdüm. Mənim loqotip barədə sualıma, siz inanmazsız, amma partiyanın rəhbərlərindən biri təsdiq etdi ki, bəli, biz ari irqik. Görünür, biz Ermənistanın hakim dairələnin bəzi nümayəndələri barədə bəzi şeyləri bilmirik... Onlar həqiqətənmi Ermənistanı Ukraynanın yolu ilə aparmağa çalışırlar?!"

Qeyd edək ki, Ermənistan hakimiyyətinin ideallaşdırdığı faşist Qaregin Njde həmçinin, hələ Qafqaz sovetləşməzdən əvvəl Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlərdə yüzlərlə soydaşımızın qətlə yetirilməsində şəxsən iştirak edib.
Oxuculara Rusiya Müdafiə Nazirliyinin "Zvezda" telekanalında faşist Ermənistanı barədə süjetin (19:30-21:37 dəq.) yer aldığı həmin verilişi təqdim edirik:
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN
-
İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin iclası ilə bağlı Anlaşma Memorandumu təsdiqlənib
-
İşğaldan azad olunmuş bölgələr sürətlə inkişaf etdirilir - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev: Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik - (Video)
-
Pakistan və Türkiyə nümunəsi - Təmənnasız və təmənnalı qardaşlıq
-
Prezident bu şəxsləri təltif etdi - Sərəncam
XƏBƏR LENTİ
-
Şirvanda su kəsiləcək
-
"Trabzonspor"un prezidenti mərc oyunlarına görə cəzalandırıldı
-
Keçmiş deputatlar indi nə ilə məşğuldurlar? - (Foto)
-
Tbilisidə 23 yaşlı Aysunun müəmmalı ölümü - atası danışdı
-
Qaxda şagird məktəbdə xəsarət aldı - Sinif yoldaşı şübhəlidir
-
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya"nın start heyətləri açıqlandı
-
Sabah iki rayonda qaz olmayacaq
-
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
-
Süni intellekt xərçəng xəstələrinin nə qədər yaşayacağını təxmin edir
-
Bir əsrlik fayton: Nəriman Nərimanovun Şəki səfərindən yadigar - (Foto)
-
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu
-
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN
-
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - (Foto)
-
“Dünyanı qadınlar idarə etsəydi?”: Cudi Çikaqonun qlobal incəsənət layihəsi Bakıda təqdim olunacaq - (Foto)
-
Qardaşlıq sərhədləri ləğv etmir: Azərbaycan Türkiyədən giriş qaydalarına niyə yenidən baxmalıdır?
-
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - (Foto)
-
"Qarabağ" və "Neftçi" cərimələndi
-
Ölkəyə girişinə qadağa qoyulan azərbaycanlı həbs olundu
-
“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib
-
Sabah səhər saat 08:00-dan bu yolda hərəkət dayandırılacaq
-
7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu
-
"Aygün Kazımovanın mənə 3000 dollar borcu var" - (Video)
-
Fransada kütləvi talanların nəticəsi: 149 nəfər həbsə göndərildi
-
Tramp: "Makiyajımı özüm edirəm"





