İrəvanın mərkəzində faşist generalına heykəl ucaldılıb
Ermənistanın paytaxtında faşist generalı, Hitlerin əlaltılarından biri, Vermahtın erməni cəza legionunun əsasını qoymuş, general Njde kimi tanınan Qaregin Ter-Arutunyana heykəl qoyulub.
Heykəlin təntənəli açılış mərasimi faşizm üzərində qələbənin 71 illiyi bayram edildikdən cəmi iki həftə sonra, bu il mayın 28-də baş tutub. Mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan şəxsən iştirak edib. O Sarkisyan ki, hələ bir il bundan əvvəl faşizmdən zərər çəkmiş ölkələrin liderləri ilə bərabər Moskvada keçirilən Qələbə paradına qatılıb, bu il mayın əvvəlində isə müharibə qurbanlarının xatirəsini İrəvanda "yad edib".
Beləliklə, Ermənistan Hitler nasizminin əlaltılarını qəhrəmanlaşdırmaq cəhdlərini davam etdirir. Rəsmi İrəvan və dünya erməniləri Hitler və Hitlerin yaxın adamları olan erməni generalları Njde və Dronun (Drastamat Kananyan) adlarını təmizə çıxarmaq üçün bütün imkanlardan istifadə edir.
Qısaca xatırladaq ki, Ermənistanın bu "milli qəhrəman"ları Ukrayna və Polşada onminlərlə dinc insanın qırğınına, yəhudilərə və nasist ideologiyasına "uyğun gəlməyən" digər xalqlara qarşı qanlı cinayətlərə, Hitlerin ölüm düşərgələrində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyyət daşıyırlar. Erməni legionunun öz hesabatlarında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin qətlə yetirildiyi etiraf olunur.
Ermənistanın həyasızlığı o həddə çatıb ki, faşist canilərinin yüksəldilməsi istiqaməsində əsas "cəbhə"ni elə faşistlərin qətlə yetirdiyi milyonlarla insanın xatirəsini əziz tutan qonşu Rusiya ərazisində açıb.
Rusiya KİV-lərində Njde qəhrəmanlara bərabər tutulur, bu ölkədə "Qaregin Njde" adlı film nümayiş etdirilir. Filmdə baş rolları isə tanınmış rus aktyorları oynayırlar. Bundan əlavə Moskvada "Qaregin Njde ilə söhbət və ya Njdenin 125 illiyinə abidə" adlı kitabın təqdimatı keçirilir. Paradoks isə ondadır ki, bu tədbirin təşkilatçıları Njdenin ideyalarını "bu gün hər zaman olduğundan daha aktual" sayır və hesab edir ki, bu ideyalar müasir cəmiyyətdə təbliğ olunmalıdır.
Bu yerdə xatırlatmaq lazımdır ki, Njde 1948-ci ildə hərbi cinayətkar kimi 25 illik həbs cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir şəhərində ölüb. O, hətta ölümündən sonra belə bəraət qazanmayıb və məhkəmə əvvəlki hökmünü qüvvədə saxlayıb.
Buna baxmayaraq, hər il erməni diasporu Njdenin Knyaz-Vladimir qəbristanlığındakı məzarına nümayişkaranə bir ziyarət təşkil edir. Üstəlik, həmin məzarlıqda bu faşist əlaltısına memorial kompleksin ucaldılmasını tələb edir.
Ermənistan dünyaya açıq-aşkar meydan oxuyur
Bu gün dünya birliyi faşizmin bütün təzahürlərini pisləyir. 2015-ci il dekabrın 17-də BMT Baş Assambleyası 70/139 saytı "Nasizmin qəhrəmanlaşdırılması, neonasizm və irqçiliyin, irqi ayrıseçkiliyin, ksenofobiyanın və onunla əlaqədar dözümsüzlüyün artmasına səbəb olan digər hallara qarşı mübarizə" adlı Qətnamə qəbul edib.
Sənədin 4-cü bəndində deyilir ki, BMT Baş Assambleyası "nasist hərəkatının, neonasizmin və "Vaffen SS" təşkilatının keçmiş üzvlərinin onlara heykəllərin və memorialların qoyulması yolu ilə təbliği, nasist keçmişinin, nasist hərəkatının və neonasizmin nümayişi məqsədilə ictimai nümayişlərin keçirilməsi, həmçinin belə təşkilat üzvlərinin və anti-Hitler koalisiyasına qarşı mübarizə aparanların və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin milli-azadlıq hərəkatlarının iştirakçısı elan etmək cəhdləri ilə bağlı dərin narahatlığını bildirir".
Bu Qətnaməyə qoşulmuş Ermənistanda isə milyonlarla insanı, o cümlədən erməni xalqının nümayəndələrini qətlə yetirmiş faşist rejiminə sədaqət andı içmiş şəxsləri bütləşdirir.
Təəccüb doğuran isə başqa ölkələrdə baş verən bu kimi hadisələrə dərhal reaksiya verən beynəlxalq birliyin Ermənistanın etdiklərinə hələ də münasibət bildirməməsidir. Ermənistanın bu hərəkətləri etmək üçün hansı əlahiddə haqqı olduğu anlaşılan deyil. Bu ölkədə nasist cinayətkarları Dro və Njdenin şərəfinə xatirə sikkələri buraxılır, filmlər çəkilir, Drastamat Kananyanın adına küçə verilir. İndi isə artıq İrəvanın tam mərkəzində, hökumət binalarının və Ermənistanın hakim partiyasının qərargahının yanında, üstəlik Njdenin heykəli ucalır.
Bütün bunlar müharibədə həlak olanların xatirəsinə həqarət deyil, bəs nədir?! Bu, faşizm qurbanlarının ruhunun həyasızcasına təhqir olunması deyil, bəs nədir?
Ümid etmək istərdik ki, Ermənistanın nasist cinayətkarlarına bəraət qazandırmaq və onları ucaltmaq cəhdləri elə beşiyində boğulacaq. Bu istiqamətdə atılacaq ilk addım isə Hitlerin əlaltısı, faşist ordusunun generalı Qaregin Njdeyə qoyulmuş heykəlin sökülməsi məqsədilə beynəlxalq birlik, o cümlədən bizim ölkəmiz tərəfindən Ermənistan rəhbərliyinə ediləcək təzyiq olmalıdır.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xameneinin oğulları vida mərasiminə gəldilər - (Video)
-
Tramp: “Netanyahu rəhbərin kim olduğunu yaxşı bilir”
-
İsrailli nazir həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv etdi
-
Putin Trampla telefonla danışdı
-
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
XƏBƏR LENTİ
-
Ayı ilə döyüşür, buzlu suda üzür: Rus idmançının məşqi gündəm oldu - (Video)
-
Kartofa bu ədviyyatı əlavə edin, görün dadı necə olacaq
-
Uzun müddət oturmaq ölüm riskini artırır
-
Arıqlamağa mane olan 3 böyük səhv
-
67 yaşlı Madonna gənc qızlara meydan oxuyur - (Video)
-
Şaftalının faydaları nələrdir, neçə kaloridir?
-
Qatı şokolad sousu resepti
-
Mixail Malkin Dünya kuboku seriyasının qalibidir
-
Azərbaycan gimnastları Dünya Kubokunda fəxri kürsüdə (Foto)
-
Günün qoroskopu: Maliyyə mövzuları bu gün gündəminizdə olacaq
-
Qalibaf: İranla ABŞ arasında sülh yoxdur
-
Braziliya Norveçə qarşı
-
Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla başa vurublar
-
Məşhur azərbaycanlı sənətşünas İrada Berq vəfat etdi
-
“Qarabağ”ın yeni transferi Cebrailin performansı - (Video)
-
Sürücülük vəsiqəsi almaq istəyənlərə yeni xəbər - müddət uzadıldı
-
Aeroport yolunda zəncirvari qəza - (Video)
-
Niklas Züle futbola qayıdır: 9-cu liqada çıxış edəcək
-
Qazaxın Aslanlı kəndində taxıl sahəsi yanıb (Video)
-
Bakıxanovda əks yola çıxan sürücü qəza törətdi (Video)
-
Azərbaycanlı gənc Polşada faciəvi şəkildə öldü (Foto)
-
Şəmkirdə ağıq qəza - ölən və xəsarət alan var
-
Milyonluq təyyarələr səhrada çürüyür: İflas edən şirkətin sonu - (Foto)
-
"Hər şey bir anda baş verdi": Amalın öldüyü qəzanın şahidi danışdı (Video)





