Siyasət

Ərdoğan Putinlə görüşəcək - Dağlıq Qarabağ məsələsi gündəmdə

2 Noyabr 2017 21:52
0 Şərh     Baxış: 1 453

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirməyi planlaşdırır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ərdoğan Azərbaycana səfərindən sonra bildirib.

"Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycan tərəfində olmağa davam edəcək. Növbəti həftə və ya digər həftə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəm. Onun bu münaqişənin həllində mövqeyi çox önəmlidir. Əgər cənab Putin həqiqətən bu məsələyə diqqət yetirsə, onu həll etmək asan olacaq", - deyə Türkiyə lideri vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.