Can verən rubl bu ölkəni dilənçiyə çevirir
"Ailəmiz 4 nəfərdir. Uşaqlar məktəbdə oxuyurlar. Ərim ayda 130 min dram, mənsə 80 min dram alıram. İndi özünüz hesablayın - bu pulla insan kimi yaşamaq olarmı?! Qışdır, evə gələn pulun yarısını qaz, işıq və su üçün ödənişlər "yeyir". Sonra yemək xərcləri - vəssalam. Üstəlik, indiki bahalaşma. Necə yaşayacağımızı bilmirəm".
Meri Safaryan Yerevanda yaşayan filoloqdur. Dediyinə görə, qiymətlər od tutub yanır.
Kolbasa və sosiska 200 dram, mal və qoyun əti 300 dram, donuz və toyuq ətlərinin bir kiloqramı 500 dram bahalaşıb.
Yerevan bazarlarında 1 kq alma - 550 dram, kiçik armud 700 dram, üzüm 800 dram, portağal 700 dram, qoz ləpəsi 10 min dramdır.
...Rusiya rublunun kursunun "kəllə-mayallaq" vurması postsovet məkanı ölkələri arasında ən çox Ermənistana zərbə vurub. Ukraynadakı olaylardan və Rusiyanın Krımı ilhaq etməsindən sonra Qərbin Moskvaya sanksiyalar tətbiq etməyə başladığı ilk dövrdə ermənilər təlaşa düşmüşdülər. Onlar anlayırdılar ki, iqtisadiyyatı, siyasəti və idarəetməsi bütünlüklə Moskvadan asılı, Rusiyanın Cənubi Qafqazdakı quberniyasına çevrilmiş bir "dövlət" heç bir halda rublun ucuzlaşmasının fəsadlarından yan dura bilməz.
Yerevandakı rejim bunun əksini deyir, Ermənistan prezidenti Serj Sarkisyan və onun ətrafı "hər şey normaldır, narahat olmayın" söyləyirdi.
Həmişə olduğu kimi, həyasızcasına yalan danışırdılar.
Postsovet ölkələri arasında Rusiyadan hamıdan çox asılı Ermənistanda vəziyyət indi ermənicədir.
Rəsmi statistikaya görə, xarici ölkələrdən pul göndərişləri Ermənistanın ümumdaxili məhsulunun 21 faizini təşkil edir. Xaricdən pul transfertlərinin həcminə görə Ermənistan MDB ölkələri arasında 1-ci, dünyada isə 9-cu yeri tutur, sadəcə, Samoa, Şərqi Timor, Haiti və s. kimi "bəxtəvər" ölkələrdən geri qalır.
Ermənistana göndərilən pulların 80 faizi Rusiyadakı ermənilərin payına düşür.
Təbii ki, rublun ucuzlaşması Rusiyadan sonra ən ağır vəziyyəti Ermənistanda yaratmalıydı.
Serj Sarkisyan rejiminin guya idarə etdiyi ölkədəki vəziyyət indi həqiqətən də, pisdir. Yerevandakı valyutadəyişmə məntəqələrində 1 ABŞ dollarının satış kursu 590 dram, alışı isə 560 dramdır. Milli valyuta olan dramın sürətlə ucuzlaşmasından təşvişə düşən və bir gündə yoxsullaşan ermənilər olan-qalan pullarını xilas etmək üçün valyutadəyişmə məntəqələrinə axın etdiklərindən srağagündən etibarən valyuta satışlarına ciddi məhdudiyyətlər qoyulub.
Ermənistan yoxsullar ölkəsinə çevrilib. Rəsmi statistika gerçəyi gizlətməyə çalışsa da, ölkənin 3 milyon sakinindən təqribən 1 milyon nəfərin yoxsulluq həddində yaşadığını etiraf etmək məcburiyyətindədir.
Dramın kursu 40 faiz aşağı düşüb və ermənilər indi qara günlərini qablamaqla məşğuldurlar.
Və əgər Rusiyada ABŞ dolları rubla nisbətən 2 dəfə bahalaşsa da, mal və xidmətlər, xüsusilə də ərzaq və gündəlik tələbat mallarının satış qiymətlərində belə bahalaşma müşahidə olunmursa - Ermənistanda durum defolt ərəfəsindədir.
Gündəlik tələbat malları ən azı 20 faiz bahalaşıb. Yerevandakı supermarketlərdə şəkər tozu, un, makaron, yarmalar, duz və yağların satışına məhdudiyyətlər qoyulub.
Şəhərdə əsas nəqliyyat vasitəsi sayılan marşrut avtobuslarının sürücüləri dünən tətil keçiriblər. Onlar yanacaqdoldurma stansiyalarında maye qazın qiymətinin bahalaşmasına görə gediş haqqının da artırılmasını tələb edirlər.
Dünya bazarlarında xam neftin ucuzlaşmasına rəğmən, Ermənistanda benzin və maye qaz sürətlə bahalaşmaqdadır. Belə ki, Yerevanda benzinin 1 litrinin qiyməti 30 dram artıb. "Regular" markalı benzinin 1 litri 490, "Premium" isə 520 dramdan satılır.
Dünən Ermənistanda təbii qaz da bahalaşmağa başlayıb. Ölkədəki qazpaylama şəbəkələrinin sahibi "Qazprom Armeniya"nın mətbuat katibi Şuşan Sardaryanın dediyinə görə, əgər erməni dramının ABŞ dollarına nisbətdə ucuzlaşması bundan sonra da sürətlə davam edərsə, şirkət İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasına müraciət edərək tariflərin artırılmasını istəyəcək.
Ermənistan iqtisadiyyatında və maliyyə sistemində kəskin dollar qıtlığı hiss olunur. Dünya bazarlarında xam neftin ucuzlaşması və Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində rubl ucuzlaşıb, bunun da sonucunda Rusiyadakı ermənilərin vətənə yolladıqları pulların həcmi azalıb.
Ermənistanda Yeni il bayramı ərəfəsində idxalçı şirkətlərin dollara tələbatları artımı ABŞ valyutasının drama olan kursunu daha da aşağı salıb.
Ermənilərin iqtisadiyyatı indi iflic vəziyyətindədir.
Dekabrın əvvəlindən bəri dramın 25 faizdən də çox ucuzlaşması ölkədə inflyasiya templərini sürətləndirib. Ermənistanda bahalaşma güclənib və bu, hələ başlanğıcdır. Olaylar davam edərsə, ölkədəki işsizliyin güclənməsi və yoxsulluq səviyyəsinin artımı ilə yanaşı, dramın da ucuzlaşması və bahalaşma sosial partlayışa çevriləcək.
Ermənistanda vəziyyət inqilab, üsyan həddindədir.
Vladimir İliç Ulyanovun təbirincə desək, "yuxarılar bacarmır, aşağılar isə istəmirlər".
Ölkə müxalifətinin lider qurumları olduqlarını bəyan edən Erməni Milli Konqresi, "Çiçəklənən Ermənistan" və "İrs" partiyaları belə durumda kütləvi etiraz aksiyalarına rəhbərlik etsələr, Serj Sarkisyanı asanlıqla devirə bilərlər.
Amma vəziyyət partlayış həddinə çatdığından ermənilər bu partiyalar olmadan da küçələrə çıxaraq S.Sarkisyanın rədd olub getməsini tələb edə bilərlər.
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
XİN gəmidə yaralanan azərbaycanlıların vəziyyətini AÇIQLADI
-
Köçəryan Paşinyanı hədələdi
-
Paşinyan Bakıya gələcək - Özü AÇIQLADI
-
XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama
-
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
-
CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik - MEDİA
XƏBƏR LENTİ
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb
-
Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı
-
Paşinyanı ilk o, təbrik etdi - FOTO
-
Aylardır ki, oğlunun qəbrinin yanında yatır - FOTOLAR
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
Perez yenidən "Real Madrid"in prezidenti seçildi
-
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
-
General-polkovnik şəhid övladları ilə bir arada: Çövkən üzrə Dünya Çempionatı başladı - FOTO





