XİN gəmidə yaralanan azərbaycanlıların vəziyyətini AÇIQLADI
Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində vətəndaşlarımızın həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşüblər.
Azərbaycanın Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədir və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər. Yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur.
Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir.
Eyni zamanda, xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür.
Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır.
Həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin ölkəmizə gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
-
Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur
-
Prezident İlham Əliyev: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır
-
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik edib
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
XƏBƏR LENTİ
-
Kartofun cücərməsinin qarşısını alan saxlama üsulu: Həftələrlə təzə qalır
-
Ən inqilabçı bürclər
-
Bəxtiniz bağlanıbsa tez yatağın altına baxın
-
Ozan Güven “Aşk-ı Memnu”nun “Behlül”ü ola bilərmiş
-
Zəncirbənddəki kiçik metal parça nə işə yarayır? Çoxu səhv istifadə edir
-
Market alışverişini asanlaşdıran 6-5-4-3-2-1 üsulu
-
Günün qoroskopu: Daxili səsinizə güvənin
-
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
-
Suraxanıda maşın yandı - (Video)
-
Kutsi 3-cü dəfə ailə qurdu - (Foto)
-
Bakıda külək ağacı evin üstünə aşırıb, sakinlər təxliyə edilib - (Foto)
-
Nazpəri Dostəliyevanın şıdırğı rəqsi - (Video)
-
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - (Video)
-
Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
-
“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
-
Xırdalanda külək dam örtüyünü maşınların üzərinə uçurdu
-
17 il xidmət etmiş nüfuzlu general indi maşın yuyur
-
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
-
Metroya yaxın ərazilərdə evlər bahalaşdı - (Video)
-
Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - (Video/Foto)
-
PSJ "Real"ın ulduzu üçün 200 milyon avro təklif edəcək
-
Qızının uğuru Gülayı ağlatdı - (Video)
-
Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur





