XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama
Azərbaycan Xarici İşlər Nazirliyi Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti barədə məlumat yayıb.
XİN-dən Milli.Az-a verilən məlumata görə, 5 iyun tarixində Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində vətəndaşlarımızın həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşüblər.
"Səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədir və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər. Yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur.
Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir.
Eyni zamanda, xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür.
Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır.
Həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin ölkəmizə gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda bildirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama
-
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
-
CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik - MEDİA
-
Milli Məclisin komissiyası "CNN"dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib
-
Parisin ikiüzlü "demokratiyası": Seba faciəsi və Mirzəli şousu
-
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
XƏBƏR LENTİ
-
Güclü yağış yolun çökməsinə səbəb oldu
-
Kardioloqdan vacib xəbərdarlıq: Bu meyvə ürəyi qoruyur
-
Şagirdi döyən idman müəllimi cəzalandırıldı
-
Bu ərazilərə güclü yağış yağır
-
XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama
-
Bir gündə 64 cinayət açıldı, 147 axtarışda olan şəxs saxlanıldı
-
Cəlilabadda keçmiş məhkumlardan 18 kq narkotik götürülüb
-
Halk Hoqa bu səbəbdən ölübmüş
-
Kürdəmirdə açıq ərazidə yanğın olub
-
Kəlbəcərdə faciə: Hərbçi dərəyə düşərək həlak oldu
-
Avtomobil aldı, bir gün sonra geri qaytardı – Pulunu ala bilmədi
-
Dünya Kuboku öncəsi qalmaqal: Futbolçular stadionlardaki problemi üzə çıxardı - VİDEO
-
Millimizin iki futbolçusu heyətdən çıxarıldı
-
Mayda ölkədə ən çox yağıntı bu ərazilərdə qeydə alınıb
-
3 yaşlı qızını girov götürən ata zərərsizləşdirildi - FOTO
-
Yasamalda söküntü ilə bağlı yayılan iddialara rəsmi cavab verildi - FOTO
-
Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK
-
Trampın təklifi ABŞ-də sistemi dəyişə bilər
-
Ayın 6-da leysan yağacaq, dolu düşəcək - PROQNOZ
-
Türkiyədə azərbaycanlı qadınlar güllələndi, biri öldü - FOTO
-
İçərişəhərdə şortik davası: "Səni bu məhlədə bir də görməyim" - VİDEO
-
Binədə mağazada YANĞIN
-
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
-
Hasan Can Kaya ABŞ-də evləndi - FOTO





